Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:16

Türkiyənin məşhur 2 jurnalisti azadlıqda


 Can Dündar
Can Dündar

-

«Cümhuriyyət» qəzetinin iki jurnalisti azadlığa buraxılıb. Onlar terrorçuluğa yardım göstərməkdə ittiham ediliblər. Konstitusiya Məhkəməsi qəzetin baş redaktoru Can Dündar və Ankara bürosunun rəhbəri Erdem Gül-ün həbsdə saxlanmasını insan haqları pozuntusu kimi dəyərləndirəndən sonra onlar azadlığa buraxılıblar.

Ancaq jurnalistlərə qarşı irəli sürülən ittiham dəyişməyib. Onlara ölkəni tərk etmək qadağan olunub. Jurnalistlərin işi üzrə proses martın axırında başlayacaq, ittiham təsdiqlənərsə, onları ömürlük həbs gözləyir.

Can Dündar və Erdem Gül ötən ilin noyabrında casusluqda ittiham ediliblər – onlarapardıqları jurnalist təhqiqatında göstəriblər ki, Türkiyə xüsusi xidmət orqanları Suriyaya silah göndərir. Ölkə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, bu yazı Türkiyənin dünyadakı mövqeyini zədələyir.

Hüquq müdafiəçiləri Erdoğan hakimiyyətini tənqidə dözümsüzlükdə ittiham edir. Avropa Birliyindən də Ankaranın ünvanına söz azadlığını boğmaqla bağlı tənqidlər səslənir. Brüssel jurnalistlərin azadlığını müsbət qarşılayıb, onlara qarşı ittihamların da ləğv ediləcəyinə ümidini bildirib.

XS
SM
MD
LG