Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:48

Vilayət Eyvazov şadlıq evlərini və xaricdən gətirilən tərbiyəçiləri araşdıracaq


Vilayət Eyvazov
Vilayət Eyvazov
-
«Son 10 ildə Azərbaycanda 580 insan alveri və məcburi əmək faktı aşkarlanıb. 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib».

Bunu Milli Məclisə hesabat çıxışında insan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov söyləyib. O, daha sonra ötən il görülən işlərə diqqət çəkib:

«Ötən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb, 17 nəfər (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilib. Axtarışda olan 17 şəxsdən 5-i yaxalanıb. Dəqiqləşdirilən 56 insan alveri qurbanından (41-i qadın, 15-i kişi) 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və biri İran İslam Respublikasına aparılıb. Beş qurban ölkə daxilində istismara məruz qalıb. Qurbanlardan 12 nəfəri ailəsinə qayıdıb. Üç nəfərin cərrahi əməliyyata, bir nəfərin müalicəyə ehtiyacı, 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ dövlət vəsaiti hesabına təmin edilib. İbtidai istintaq və məhkəmə gedişində hər zərərçəkənə müdafiəçi ayrılıb. İnsan alveri, əxlaqsızlıq yuvaları saxlamaq, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan və sair məsələlərlə əlaqədar «Qaynar Xətt» telefon xidmətinə daxil olmuş 14 minə yaxın müraciət araşdırılıb».
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00
Direct-ə keçid


ELMİRA AXUNDOVA: BƏLLİDİR Kİ, BU RESTORANLAR VƏ ŞADLIQ EVLƏRİ...

Deputat Elmira Axundova Vilayət Eyvazovun çıxışına bəzi iradlarını bildirib:
Elmira Axundova
Elmira Axundova

«Məruzəni qənaətbəxş sayıram, amma bəzi məsələləri Vilayət müəllimin nəzərinə çatdıraq... Deyirsiniz ki, əməkdaşlarınız 45 monitorinq həyata keçirib. Amma nədənsə ictimai nəqliyyatda, məişət obyektlərində belə reydlərin keçirilməsi barədə heç bir informasiya yoxdur... Mən bilmək istəyirəm ki, bu sahədə niyə reydlər keçirilmir? Avtoservislərdə, restoranlarda, şadlıq saraylarında bu problem qalır... Bəllidir ki, bu restoran və şadlıq evləri nüfuzlu şəxslərə məxsusdur və QHT nümayəndələri oraya buraxılmır. Amma bu sahədəki problemləri hansısa yola həll etmək lazımdır».

SABİR RÜSTƏMXANLI: «UŞAQLARINA FİLİPPİNDƏN DAYƏLƏR GƏTİRİRLƏR»

Deputat Sabir Rüstəmxanlı xaricdən Azərbaycana tərbiyəçilərin gətirilməsinə diqqət çəkib:
Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

«Bəzi zəngin ailələr Filippindən dayələr gətirib öz uşaqlarını tərbiyə edirlər. Məgər Azərbaycanda ingilis dilini bilən və uşaqlara tərbiyə verən qadınlar azdırmı? Sadəcə, zəngin ailələr öz sirlərinin yayılmaması üçün azərbaycanlıları ailələrinə buraxmaq istəmirlər. Mən istəyirəm ki, bu məsələyə də diqqət yetirilsin».

Vilayət Eyvazov deputatların səsləndirdiyi məsələləri araşdıracaqlarını söyləyib:

«Elmira xanımın qaldırdığı məsələ ciddi məsələdir. Biz, əsasən şadlıq evlərində azyaşlı qızların, o cümlədən oğlanların məcburi əməyə cəlb edilməsini araşdıracağıq. Qeyd edim ki, bu sahədə araşdırma aparmağımıza hər-hansı maneə ola bilməz... Dayələrin gətirilməsi ilə bağlı deyilənlərə gəlincə, Azərbaycan inkişaf etmiş ölkədir. Azərbaycana işləməyə gələnlər də var, Azərbaycandan gedənlər də. Amma bu məsələ ilə bağlı müəyyən addımlar atacağıq».
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00
Direct-ə keçid

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG