Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:29

İnsan alveri: Cinayət var, cəza necə?


Foto: Arxiv
Foto: Arxiv

-

«Anam deyirdi, pul qazan, pul tap. Deyirdim, qoy, bəlkə işə düzəlim. Altı uşaq idik».


Zərifənin (ad şərtidir) cəmi 21 yaşı var. Türkiyədən Bakıya iş dalınca aldadılıb gətirildiyini deyir. Erkən – təxminən 14-15 yaşında ərə gedib, 2 il öncə də boşanıb. Heç özü də hansı yaşda ailə qurduğunu dəqiq xatırlamır. Deyir, sinif yoldaşı onu qaçırıb, yaşı çatmadığından rəsmi nikah da kəsdirməyib. Boşanıb geri qayıdanda anası ailəyə pul gətirməyini istəyib. Bir rəfiqəsi onu Bakıda bir mağazaya işə düzəltməyə söz verib:


«Rəfiqəm dedi ki, Bakıda mağazada iş var, aya 400 manat, yəni 500-600 dollar maaş verirlər. Bileti aldı. Keçən ilin oktyabrında Bakıya gəldik. Aeroportda 2 oğlan qarşılayıb, bizi bir evə apardı. 2-3 saatdan sonra da bara düşdük».


Zərifə ötən ilin oktyabrından bu ilin aprelinədək cinsi istismara məruz qalıb. Sənədləri əlindən alındığından qaça bilmədiyini deyir. Kirayə qaldığı evə səhər 6-da gətirilib, qapı kilidlənib, axşam 8-də «işə» aparılıb. İşlədiyi saunada hər gecə azı 4-5 dəfə cinsi əlaqəyə məcbur edildiyini deyir:


«O oğlan bizi evə özü aparıb-gətirir, qapını bağlayırdı. Ancaq evdə otururduq. Səhər 5-7 arası evə gətirirdi, axşam 7-8 olunca, «işə» aparırdı. Heç nə edə bilmirdim. Şəxsiyyət vəsiqəmi də aldılar. Bir az azərbaycanca öyrənməliydim ki, danışa bilim. Rəfiqəm yavaş-yavaş mənə dili öyrətdi, sonra 2-3 aydan sonra çıxıb getdi – «narahat olma, gələcəyəm, uşağım xəstədir» – dedi. Mən də razılaşdım. Gözlədim, gəlmədi, 1-2 ay keçdi. Mən də düşündüm özüm nəsə edim, ancaq heç nə edə bilmirdim».

xüsusi reportajlar - 24 dekabr 2013

Canlı müzakirə

ÖLKƏSİNƏ QAYITMAQ İSTƏMİR

Bu ilin martında bu dəfə Türkmənistandan gəlmiş yeni bir qız onlara qoşulur. Bir neçə gün həmin qızla bir evdə qalandan sonra Zərifə onun nəzarətçisi olan oğlanın yeni gələn qızı zorladığını görür. Dediyinə görə, halına acıdığından onu xilas etmək qərarına gəlir. Mağazaya getmək bəhanəsiylə yalan uydurub oğlandan evin açarını alır, qızın evdən qaçmasına kömək edir. Bir neçə gündən sonra həmin qız polislə gəlib Zərifəni xilas edir, ona nəzarət edən də həbs olunur. Zərifə isə geriyə, öz ölkəsinə dönmək barədə eşitmək belə istəmir, anasının təzyiqlərindən qorxduğunu deyir. Ancaq eyni zamanda bacısının taleyindən narahatlığını da dilə gətirir:


«Mən oxumamışam, 8, ya 9 yaşında məktəbə getmişəm. Ötən il pasportumda 20 yaşına dolmağım diqqətimi çəkdi. Nə bir gün görmüşəm, nə də birindən mehribanlıq. Mən ucqar kənddə böyümüşəm. Anam elə xasiyyətli, mən də pis yola düşdüm. Kiçik bacım qız uşağıdır, onun oxumağını, təhsil almağını istəyirəm (kövrəlir). Ailəmlə telefonla danışırıq. Söz-söhbətdən başım ağrıyır. Anam «çıx get, buralara gəlmə» deyir. Buraya yavaş-yavaş öyrəşirəm. Özüm üçün yaşayıram. Geri qayıtmaq istəmirəm» (ağlayır).


Zərifə söhbətində nəzarətçisinin Mehman adlı bir şəxs olduğunu deyir. Elə bu ilin aprelində İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin yaydığı məlumatda Mehman Həsənov adlı şəxsin saxlandığı, onun bir qrup şəxslə cinayət əlaqəsinə girərək başqa ölkə vətəndaşı olan qadınları cinsi istismara cəlb etdiyi bildirilirdi.

2012-ci ildə Azərbaycanda 17 nəfər qul əməyinin, 36 qadın da sekc amaclı insan alverinin qurbanı kimi müəyyən edilib. Elə həmin il 12 nəfər seks məqsədli insan alverinə görə cəzalandırılıb. 2011-ci ildə bu rəqəm 20-yə çatıb. Bu şəxslər 4 ildən 10 ilədək azadlıqdan məhrum ediliblər.

Bakıda insan alveri qurbanları üçün sığınacaq
Bakıda insan alveri qurbanları üçün sığınacaq

Azərbaycan Cinayət Məcəlləsinin 144-cü maddəsi seks və məcburi əmək məqsədli insan alverini qadağan edir və buna görə 5 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

«POLİS... RÜŞVƏT ALIR»

ABŞ Dövlət Departamentinin 2012-ci il üzrə insan alveri haqqında hesabatında deyilirdi ki, Azərbaycan ötən il məcburi əmək məqsədli 2, seksual istismar məqsədli insan alveri ilə bağlı 10 təhqiqat aparıb. Hökumət 2012-ci ildə məcburi əmək məqsədilə insan alverinə dair cinayətlərə görə də 2 nəfəri məhkum edib. 2013-cü ildə, ilk dəfə olaraq, məcburi əmək məqsədli insan alverinə görə bir nəfərə 8,5 il həbs cəzası kəsilib.

Sözügedən hesabatda polisin qanunsuz fəaliyyətlərə göz yummaq məqsədilə fahişəliklə məşğul olan qruplardan rüşvət almasına da diqqət çəkilir. Bəzi yerli müşahidəçilər Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə departamentində qurbanların hədələndiyini bildiriblər.

Sənəddə deyilir ki, Azərbaycan icbari əmək və seks məqsədilə insan alverinə məruz qalmış kişi, qadın və uşaqlar üçün mənbə, tranzit və istiqamət ölkəsidir. Azərbaycanlı kişi və oğlanlar Rusiyada qul əməyinə məcbur edilir, qadın və uşaqlar cinsi istismar məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə, Rusiyaya və İrana aparılırlar.

Mehriban Zeynalova
Mehriban Zeynalova

Türkmənistan, Özbəkistan, Əfqanıstan, Filippin, Rumıniya, Hindistan və Ukraynadan olanlar da Azərbaycanın tikinti sənayesində qul kimi istismara məruz qalırlar.

Ötən il seks amaclı insan alveri qurbanlarından 35-nə birdəfəlik qaydada 500 dollar müavinət verilib. 2011-ci ildə müavinətin məbləği 250 dollar idi.

İLLİK GƏLİRİ 350 MİN AVRO OLAN SIĞINACAQ

«Təmiz Dünya» qeyri-hökumət təşkilatının rəhbəri Mehriban Zeynalova 2002-ci ildən bəri insan alveri qurbanlarına öz sığınacağında yer ayırır. Sığınacaqda 10-15 nəfər yaşayan vaxtlar da olub, 2-3 nəfər də. 2011-ci ilin sonlarından ATƏT-in Bakı ofisi sığınacağı maliyyələşdirməyə başlayıb.

Mütəxəssislərin əməkhaqqı və qida xərcləri ödənir, ancaq geyim və digər məsələlər nəzərdə tutulmur:

Gözlə

No media source currently available

0:00 0:01:16 0:00
Direct-ə keçid

«Bu yaxınlarda Almaniyada bir sığınacaqda olduq. Böyük bir binada müxtəlif qurbanlar, məişət zorakılığı, insan alveri qurbanları yaşayır. Onlara uşağa görə və digər müavinətlər verilir və qida nəzərdə tutulmur. Yəni insanlar aldıqları müavinət hesabına qidalanırlar. Həmin sığınacağın illik gəliri 350 min avro idi. Bizim illik gəlirimiz aylıq 1500-1800 civarındadır ki, bu da, əsasən, əməkhaqqına gedir. Türkiyədə də sığınacaqlar yaxşı maliyyələşdirilir. 2006-cı ildə qurbanlara aylıq 33 manat müavinət təyin olundu. İndi isə birdəfəlik yardım 400 manatdır».


Bu yaxınlarda Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova mediaya bildirib ki, Azərbaycandan azyaşlı qızların Gürcüstanın kazino və otellərində fahişəliyə məcbur edilməsi ilə bağlı faktlar həmin ölkənin hüquq-mühafizə orqanlarına təqdim edilib və araşdırmalar başlanıb. Azərbaycanın Daxili İşlər Nazirliyi bu məlumatı təkzib etsə də, Mətaət Əzizova Gürcüstandakı reydlərdən narahat olan azərbaycanlı qadınların bu yoxlamalardan qorxaraq tez-tələsik Türkiyə ərazisinə keçdiyini söyləyib.

3-CÜ KATEQORİYAYA DÜŞMƏK TƏHLÜKƏSİ

Mətanət Əzizova ölkədə insan alveri ilə mübarizənin yetərli olmadığını bildirir.

Mətanət Əzizova
Mətanət Əzizova

Bu il – ABŞ Dövlət Departamentinin hesabatı açıqlanmazdan öncə mediada yayılan məlumatlarda Azərbaycanın reytinqinin düşəcəyi iddia edilirdi. Həmin sənəddə ölkələr üç kateqoriyaya bölünür: 1-ci kateqoriyada insan alveri ilə mübarizənin vəziyyəti yaxşı, 3-cü kateqoriyada isə daha pisdir. Azərbaycan bir neçə ildir ki, ikinci, yəni Xüsusi Nəzarət Qrupunda yer alır. Mətanət Əzizova Azərbaycanın 3-cü pilləyə düşmə təhlükəsindən, bu halda ona humanitar yardımın kəsilə biləcəyindən danışır:

Gözlə

No media source currently available

0:00 0:02:44 0:00
Direct-ə keçid

«Əlavə görüşlər keçirildi, araşdırmalar aparıldı. Ölkə 3-cü pilləyə düşmədi, 2-ci kateqoriyada qaldı. Ancaq təhlükə hər an var. İnsan alveri ilə mübarizədə strategiya dəyişməsə, təhlükə sovuşmayacaq. Qanunun qəbul olunması problemin çözüldüyünü göstərmir. Qanunlar var, sığınacaq, qaynar xətt var. Bəs niyə problem azalmır? Məsələn, uşaqların cinsi, məcburi əmək məqsədilə istismarından heç kəs danışmır. Bizdə daha çox beynəlxalq qurumlara tamaşa göstərilir. DİN daha çox əxlaqsız yuvaların aşkarlanması, kimlərinsə tutulması barədə informasiyalar yerləşdirilir. Ancaq təəssüf ki, tutulmalı olan şəxslərin çoxu hazırda azadlıqdadır. İnsan alveri ilə adi şəxs məşğul ola bilməz. Fahişəliklə məşğul olanın sutenyoru olmalıdır. Onu sahə müvəkkilindən, polisdən qoruyur. Yəni, insan alveri ilə böyük bir cinayət qrupu məşğuldur. Ancaq «mama roza»ları tutmaq düzgün deyil».


ABŞ Dövlət Departamentinin ötənilki hesabatında Azərbaycanın niyə daha pis sayılan 3-cü qrup ölkəsi sayılmadığı belə əsaslandırılmışdı:


«Çünki hökumətin qəbul etdiyi yazılı plan mövcuddur. Bu plan həyata keçirilməsi insan alverinin aradan qaldırılması üçün müəyyən edilmiş minimum standartların tələblərinə əməl olunmasına öəmli təsir göstərəcək. Hökumət bu planın icrasına kifayət qədər resurs ayırıb».


«PRİTON»LARDA DOĞULAN UŞAQLAR

Hüquq müdafiəçisi Tale Xasməmmədov 2011-ci ildə polisə müqavimət və narkotik maddələrdən istifadə ittihamıyla həbs olunsa da, həbsinin səbəbini, əslində, insan alverinə dair onda olan məlumatlarla əlaqələndirir.

Tale Xasməmmədov
Tale Xasməmmədov

Xasməmmədov vaxtilə Türkiyəyə gedən qadınlar və uşaq alveri ilə bağlı araşdırmalar apardığını bildirir:


«Həmin qadınların bəziləri narkotik maddəyə də öyrəşdirilirdi. Həmin dəstədən bir qız mənə zəng vurub kömək istəmişdi. İşi bir az uzada, həmin dəstənin Türkiyəyə getməsini əngəlləyə bildim. Sonra həmin qızın anası mənə zəng vurub qızının intihar etdiyini söylədi. Ancaq onda bıçaq yaraları vardı, intihara oxşamırdı. Dörd gün sonra mən həbs olundum... Sonra mənə həmin qızın real həyatda olmadığını dedilər. Baxmayaraq ki, məndə fotolar, mesajlar vardı. Adını belə qoydular ki, bütün bunlar mənim uydurmalarımdır. Adları hallanan şəxslər başqa, daha yüngül ittihamlarla həbs olundular. Onu da aşkarlamışdım ki, “priton”larda uşaqlar doğulur, yetkinlik yaşına çatır. Bəzi uşaqların doğulandan sonra satılması barədə də bilgilər almışdım. Araşdırılmadı».
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00
Direct-ə keçid


BAĞLANAN TƏYİNAT ÖLKƏLƏRİ VAR

«Təmiz Dünya» qeyri-hökumət təşkilatının rəhbəri Mehriban Zeynalova əvvəlki illərlə müqayisədə ölkədə insan alveri ilə mübarizədə irəliləyişi qeyd edir:


«Cinayət Məcəlləsinə əlavələr edildi. 2007-ci ildə 101, 2008-də 91 qurban müəyyən olunmuşdu. Daşınmalar, təyinat ölkələrinə getmələr çox idi. Pakistan təyinat ölkəsi idi. Ancaq bu təyinat ölkəsi «bağlandı». Mütəşəkkil qrupların ləğviylə bu ölkəyə gedişlər azaldı. Problem bir odur ki, «daşıyanlar» qurbana yaxın insanlardır. Qurbanları çox vaxt yaxın qohumu və qonşusu aldadır. Maarifləndirmənin də xeyri yoxdur. İnsan alverinə beynəlxalq yanaşmalar da dəyişib. Məsələn, əvvəllər sərhədi keçmək insan alveri elementi sayılırdısa, indi sənədin əlindən alınması məcburi əmək və insan alveri hesab oluna bilir. Bunları nəzərə alanda, bizə elə gələ bilər ki, çoxalma var. Məsələn, 1945-ci ildə qəbul olunan İnsan alveri və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına dair Konvensiyaya görə, insan alveri qurbanları yalnız o şəxslər hesab olunurdu ki, getdikləri ölkənin qanunlarını, dilini bilməsinlər. Ancaq indi biz qonşu Türkiyəyə gedənləri də insan alveri qurbanı sayırıq».


«TÜRK DİLƏNMƏYİ XOŞLAMIR»

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov insan alveri ilə mübarizədə Azərbaycanın zəngin qanunvericilik bazasının olduğunu deyir. Deputat çatışmazlığı maarifləndirmə işinin zəifliyində görür:


– İnsanlar iş dalınca daha çox aldadılaraq aparılır. Yəni, bu, artıq bilgisizlikdən irəli gəlir. Burda medianın, cəmiyyətin günahı az deyil. Saxlanan adam vəzifəli şəxsin adını çəkmirsə, istintaqa kömək etmirsə, müstəntiq bunu necə müəyyən edə bilər?
Rafael Cəbrayılov
Rafael Cəbrayılov
Milli Koordinatorun hesabatında da saxlanan dəstələr barədə məlumatlar var.

– Uşaqların cinsi, məcburi əməklə istismarıyla bağlı faktlar, demək olar, yoxdur. Bunun səbəbi nədir?

– Bu məsələylə bağlı çox ciddi qanunvericilik var. 2009-cu ilin Konstitusiya dəyişikliklərində də belə bir maddə var idi ki, 15 yaşadək uşaqların işə qəbulu qanunsuzdur. İnzibati Xətalar Məcəlləsində də maddələr var. Ancaq yenə məsuliyyəti tək hüquq-mühafizə orqanlarının üzərinə atmaq olmaz. Cəmiyyətin köməyi lazımdır. Əslində bu, bizim xalqın mentalitetinə uyğun deyil. Daha çox bir etnosun uşaqları dilənçiliyə məcbur edilir. Yəni, xalqın çoxluq təşkil edən hissəsinə aid deyil. Tarixə də baxsanız, görərsiniz ki, türk dilənməyi xoşlamır.

Gözlə

No media source currently available

0:00 0:04:57 0:00
Direct-ə keçid


FİLİPPİNLİ DAYƏ ZƏRƏRÇƏKMİŞ KİMİ TANINIB

ABŞ Dövlət Departamentinin hesabatında vurğulanır ki, uşaqların, xüsusən romaların dilənçiliyə məcbur edilməsi problemə çevrilib. Filippindən olan və evlərdə qul kimi işlədilən xidmətçi qadınların problemi isə getdikcə kəskinləşir. Çinli qadın və kişilərdən tikintidə, küçə alverində və kənd təsərrüfatı sahəsində qul kimi istifadə olunur.

Bu il Bakıda işlədiyi ailədə işgəncələrə məruz qaldığını deyən filippinli dayənin hekayətini BBC Azərbaycanca yayıb. 28 yaşlı Lili keçmiş millət vəkili Gültəkin Hacıbəylinin baldızı Aynur Mehdiyevanın evində işləyirmiş. Fakt üzrə cinayət işi açılıb və filippinli qadın zərərçəkmiş kimi tanınıb. Ancaq hələlik, məsuliyyətə cəlb edilən olmayıb.

TOXUNULMAZ ŞİRKƏTLƏR

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev Azərbaycanın iqtisadi inkişafından dolayı son illər daha çox immiqrasiya ölkəsini çevrildiyini deyir. Yəni, ölkəyə işləməyə gələn əcnəbilərin sayı artmaqdadır. Onlar, əsasən, Türkiyə, Özbəkistan, Türkmənistan, Gürcüstan kimi ölkələrin vətəndaşlarıdır:

Gözlə

No media source currently available

0:00 0:05:30 0:00
Direct-ə keçid

«2011-2012-ci illərlə müqayisədə Azərbaycanın əmək bazarında nisbi sabitlik yaranıb. Keçən il bu vaxtlar bizə müraciət edən miqrantların sayı daha çox idi. Böyük əksəriyyəti ayrı-ayrı iri tikinti şirkətləri tərəfindən Azərbaycana gətirildiklərini və məcburi əməyin qurbanına çevrildiklərini deyirdilər. Əmək haqlarının ödənməməsi kütləvi hal almışdı. Bizə 10-15 deyil, 100-200 nəfər müraciət edirdi – «Şahdağ» Olimpiya Kompleksinin inşasına, Şabran və Qalaaltıdakı tikintilərə cəlb olunanlar. 2013-cü il insan alveri ilə mübarizədə Azərbaycan hakimiyyəti üçün ən uğurlu ildir. İlk dəfə Rusiyada məcburi əməyə cəlb olunanlarla bağlı məhkəməyə müraciət etdik. Məhkəmə vurulan maddi və mənəvi ziyanın ödənməsi ilə bağlı hökm çıxardı. Ödənməyən əmək haqqıyla bağlı problem qalmayıb. Dövlət Miqrasiya Xidməti ən çox istismarçı kimi tanınmış «DIA Holding»i bir neçə dəfə cəzalandırıb. Ancaq yenə də toxunulmaz olan şirkətlər, tikinti meydançaları var. Elə şirkətlər var ki, 20 min əcnəbini gətirib işlədir, heç birinə də fərdi icazə alınmayıb. Halbuki 12 min nəfərə icazə alına bilər».


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin məlumatına görə, Azərbaycana ən çox Rusiya və Gürcüstandan, Türkiyə, İran və Ukraynadan gəlirlər.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2012-ci ildə 52 nəfər burada siyasi sığınacaq arayıb. Əslində, bu, çox deyil. Azərbaycana gələnlərin əksəriyyəti əməkçi miqrantlardır.

İNSAN ALVERİNDƏ ƏLİ OLAN RƏSMİLƏR

ABŞ Dövlət Departamentinin hesabatında deyilir ki, Azərbaycan insan alverinə, seksual istismara və məcburi əməyə məruz qalan heç bir xarici vətəndaşın şəxsiyyətini müəyyənləşdirməyib və bu kimi qanunsuzluqlara yol verən şirkətlərin aşkarlanması üçün cəhd göstərməyib. Bu fəaliyyətə ölkədəki sistematik korrupsiyanın mane olduğu yazılır.

Tövsiyə olunur ki, Azərbaycan xarici vətəndaşların ölkə daxilində qul əməyinə məcbur edilməsi faktlarını araşdırmalı, məsuliyyət daşıyan şirkətləri və şəxsləri aşkar etməli və onların cəzalandırılmasına nail olmalıdır. Həmçinin, insan alverində əli olan rəsmilərin də məsuliyyətə cəlb edilməsi tövsiyə olunur.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev insan alveri ilə mübarizədə problemləri sadalayır:

Gözlə

No media source currently available

0:00 0:03:21 0:00
Direct-ə keçid

«Azərbaycanda kifayət qədər qapalı müəssisələr var. Məcburi əmək qurbanları, bir qayda olaraq, dövlət sifarişi ilə həyata keçirilən tikililərdə istismara məruz qalanlardır. İnsan alveri cinayəti transmilli mütəşəkkil cinayətkarlıqdır. Bir şəxs tərəfindən törədilməsi ağlabatan deyil. Bəzən bir şəxsin bir neçə qadını başqa ölkədə satması real səslənmir. İnsan alveri ilə mübarizənin effekti cəzanın effektivliyi ilə ölçülür. Cəza o halda ədalətli olar ki, cinayət törətmiş bütün şəxslər cəzalandırılsın. Bizdə daha çox qadınlar məsuliyyətə cəlb olunur. Bir də effektiv cəza siyasəti olmalıdır. Bu il 8, 10, 12 il azadlıqdan məhrumetmə cəzaları verilib, bu da yaxşı haldır. Məncə elə bu il də Azərbaycan 2-ci kateqoriyada saxlanacaq. Yaxşı olardı ki, Azərbaycan bu il uşaq əməyinin istismarıyla bağlı bir neçə fakt qeydə alaydı. Dayəlik və ev qulluqçuluğu fəaliyyətinə görə bir cinayət işi başlanıb, bir nəfər zərərçəkmiş kimi tanınıb, ancaq proses uzadılır».


CİNAYƏT İŞLƏRİNİN SAYI 15-Ə ENİB

2012-ci ildə 455 uşağın dilənçiliyə vadar edilməsi faktı aşkarlanıb. Onlardan 139-u QHT-lərin və uşaq polisinin öhdəsinə buraxılıb.

«Azərbaycanda insan alveri ilə bağlı cinayət hallarının sayı azalıb. Bu il müəyyən etdiyimiz cinayətlər arasında 15 cinsi istismar, 4 məcburi əməyə cəlbetmə ilə əlaqədar insan alveri halları olub» – DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev bu yaxınlarda belə bildirib. Onun sözlərinə görə, Azərbaycanda bu il ilk dəfə xarici ölkə vətəndaşı insan alverinin qurbanı qismində müəyyən edilib:


«Azərbaycanda insan alveri ilə mübarizə ilə bağlı işlərə ciddi önəm verilir. Görülən təbirlərin nəticəsidir ki, illər üzrə götürdükdə, insan alveri ilə bağlı cinayətlərin sayca azalması tendensiyası müşahidə edilir. Əvvəllər 80-85 cinayət işi istintaq edilirdisə, daha sonra bunların sayı 70-60-a düşüb, bu gün də 15-ə enib».
XS
SM
MD
LG