Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:19

Qərb aviaşirkətləri Şarm əş-Şeyxə uçuşları dayandırıb


Almaniyanın Lufhansa şirkəti bəyan edib ki, ona tabe Edelweiss və Eurowings şirkətlərinin Şarm əş-Şeyxə uçuşlarını dayandırıb.

Rusiyaya məxsus sərnişin təyyarəsinin Sinay yarımadası üzərində ziddiyyətli şəkildə qəzaya uğramasının ardınca Qərbin bir sıra hava şirkətləri Misirin kurort şəhəri Şarm əş-Şeyxə reyslərini dayandırıblar.

Böyük Britaniyanın ardınca Fransa, Belçika və Hollandiya da öz vətəndaşlarına Misirin Şarm əş-Şeyx kurortuna səfərlərdən çəkinməyi tövsiyə ediblər. Almaniyanın hava şirkətləri bu şəhərə bütün uçuşlarını dayandırıb.

Britaniya Şarm əş-Şeyxdə ilişib qalmış vətəndaşlarının Misirdən çıxarılmasını cümə gününədək başa çatdıracaq.

Rusiyanın Airbus A321 təyyarəsinin qəzaya uğramasının səbəbləri tam araşdırılmayıb. İslam Dövləti adlanan təşkilata bağlı qruplaşmalar təyyarənin məhv edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürüblər.

Britaniya və ABŞ liderləri də 224 sərnişinin həyatına son qoymuş qəzanın bomba partlayışı nəticəsində baş verdiyi barədə bəyanatlar veriblər.

Rusiya Qərb liderlərini təyyarə qəzasının rəsmi təhqiqatı başa çatanadək hər hansı bəyanatlardan çəkinməyə çağırıb.

Rusiya təyyarələri hələ də uçur

Bununla belə Britaniyanın baş naziri David Cameron deyib ki, vətəndaşların təhlükəsizliyi naminə Şarm əş-Şeyx hava limanında təhlükəsizlik təftişi başa çatanadək bu şəhərə bütün uçuşlar dayandırılıb.

Belçika hökuməti də təyyarə qəzası təhqiqatının nəticələri bəlli olanadək öz vətəndaşlarını Şarm əş-Şeyxə səfər etməkdən çəkindirən bəyanat yayıb.

Almaniyanın Lufhansa şirkəti bəyan edib ki, ona tabe Edelweiss və Eurowings şirkətlərinin Şarm əş-Şeyxə uçuşlarını dayandırıb.

Rusiya sərnişin təyyarələrinin Şarm əş-Şeyxə ucuşları davam edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG