Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:32

Rusiya və Misir Britaniya və ABŞ-ın “bomba” bəyanatlarından narazıdır


Rusiya və Misir Britaniya və ABŞ-ın Rusiya sərnişin təyyarəsinin bomba ilə partladılması ehtimallarını irəli sürən bəyanatlarından narazılıq ifadə ediblər.

Rusiya və Misir Britaniya və ABŞ-ın Sinay yarımadası üzərində qəzaya uğramış Rusiya sərnişin təyyarəsinin bomba ilə partladılması ehtimallarını irəli sürən bəyanatlarından narazılıq ifadə ediblər.

London və Vaşinqton son günlər ərzində Rusiya təyyarəsinin içərisinə yerləşdirilmiş bombanın partlayışından qəzaya uğradığı barədə kəşfiyyat ehtimallarını bildirmişdilər.

Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın dilə gətirdiyi dəlilləri Moskva ilə bölüşmədiyindən sarsıntı ifadə edib.

Rusiya və Misir Britaniya və ABŞ kəşfiyyatlarının “bomba barədə mülahizələrini” şayiə hesab edirlər.

Putin Cameron-a zəng edib

Rusiya prezidenti Vladimir Putin Britaniyanın baş naziri David Cameron-la telefon söhbətində deyib ki, “Sinay yarımadası üzərində baş vermis qəza barədə bəyanatlar verərkən rəsmi təhqiqatın məlumatlarına istinad zəruridir”.

Baş nazir David Cameron A321-in bomba ilə partladıldığını ehtimal edir

Baş nazir David Cameron A321-in bomba ilə partladıldığını ehtimal edir

Bundan əvvəl David Cameron bildirmişdi ki, “Kaqalımavia” şirkəti təyyarəsinin bomba ilə partladılmasına hazırda əminlik olmasa da, ən çox ehtimal olunan versiya məhz budur.

O həmçinin bəyan etmişdi ki, Misirin Şarm əş-Şeyx kurort şəhərinin hava limanında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var.

Rusiyanın qəzaya uğrayan A321 təyyarəsi məhz bu hava limanından qalxmışdı.

O həmçinin təəssüflə qeyd etmişdi ki, Londonun Şarm əş-Şeyx kurortuna bütün uçuşları ləğv etməsi Misirin turizm sənayesinə mənfi təsir göstərcək, lakin onun üçün bir baş nazir kimi britaniyalıların təhlükəszliyi ən mühüm məsələdir.

“Britaniyanın müəyyən məqsədləri”

Rusiyanın Xarici İşlər Nazirlyiyi isə bu qənaətədir ki, Airbus A321 barədə bəyanatları ilə Britaniya müəyyən məqsədlər güdür.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Britaniyanın müəyyən məqsədlər güddüyünü söyləyib

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Britaniyanın müəyyən məqsədlər güddüyünü söyləyib

Nazirliyin sözçüsü Mariya Zaxarova deyib ki, təyyarənin bomba ilə partladımasına dair Britaniya kəşfiyyatının hər hansı informasiyaya malik olması təəccüb doğurur.

Bundan əvvəl Brirataniyanın xarici işlər naziri Philip Hammond demişdi ki, Londonun malik olduğu kəşfiyyat məlumatlarına görə A321 təyyarəsi “İslam Dövləti” tərəfindən partladılıb.

ABŞ kəşfiyyatı da Rusiya təyyarəsinin islamçılar tərəfindən qoyulmuş bomba ilə partladılması barədə ehtimal bildirmişdi.

Bu cür bəyanatlar iqtisadiyyatının əsasını turizm təşkil edən Misirdə dərin narahatlığa səbəb olub.

Məhz buna görə də Misir prezidenti Abdul Fattah Sisi bu bəyanatları əsassız şayiə kimi rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG