Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:12

ABŞ Rusiya təyyarəsinin partladıldığını ehtimal edir


Lakin ABŞ kəşfiyyatının rəsmiləri hələlik qəti qərara gəlmədiklərini əlavə ediblər.

Amerika kəşfiyyatı bildirir ki, Sinay yarımadası üzərində qəzaya uğramış Rusiya sərnişin təyyarəsində böyük bir ehtimalla bomba partladılıb.

Lakin ABŞ kəşfiyyatının rəsmiləri hələlik qəti qərara gəlmədiklərini əlavə ediblər.

Ekspertlər Sinay yarımadası üzərində qəzaya uğramış Rusiya təyyarəsində partlayış baş verdiyinə getdikcə daha çox əmin olurlar.

Bununla belə, partlayışın təyyarənin yanacaq bakı və ya mühərrikindən, yoxsa bombadan törəndiyi hələlik bəlli deyil.

Bu məlumatları Misirdə təyyarə qəzasının təhqiqatına girişi olan mənbə bildirib.

Airbus A321M təyayrəsi ötən şənbə günü Misirin Şarm əş-Şeyx şəhərindən Rusiyanın Sankt Peterburq şəhərinə uçarkən qəzaya uğrayıb və 224 nəfər həlak olub.

İŞİD təfərrüatlar vəd edib

Ekspertlər bildirirlər ki, hazırda təyyarə qırıntılarının düşdüyü yerdə torpağın analizi aparılır. Bu, partlayışın bombadan törənib-törənmədiyini göstərməlidir.

İslam Dövlət adlanan təşkilat bəyan edib ki, təyyarəni o məhv edib və tezliklə bütün dünyaya bu aktın təfərrüatları barədə məlumat veriləcək.

İslam Dövlət adlanan təşkilat bəyan edib ki, təyyarəni o məhv edib və tezliklə bütün dünyaya bu aktın təfərrüatları barədə məlumat veriləcək

Misir hökuməti həm də İŞİD kimi tanınan təşkilatın şənbə günü verdiyi buna bənzər bəyanatı “təbliğat” fəndi kimi rədd etmişdi.

Təhlükəsizlik ekspertləri bildirirlər ki, təyyarənin Sinay yarımadasındakı cihadçılar tərəfindən yerdən vurulması istisna olunur, çünki onların bu tipli silahlarının olmadığı bəllidir.

Siyasi təhlilçilər deyirlər ki, təyyarənin İŞİD tərəfindən vurulduğu barədə iddialar Misir prezidenti Abdel Fattah al-Sisi üçün narahatlıq yaradır, beləki hökumət ölkədə tam sabitliyin təmin olunduğunu söyləyir.

London Misir reyslərini dayandırıb

Britaniya təyyarənin bomba partlayışından qəzaya uğraması ehtimalını bildirmişdi, lakin baş nazir David Cameron nəticələr barədə tələsməməyə çağırıb.

Britaniya təhlilçiləri bildirirlər ki, Londonun bu qəzaya münasibəti onun təyyarənin partladıcı qurğu ilə məhv edildiyinə inandığını göstərir

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov deyib ki, hələlik heç bir versiya istisna edilə bilməz.

Təhlilçilər deyirlər ki, təyyarənin bomba ilə partladılması versiyası təsdiqlənərsə, bu, Misirin turizm sənayesinə böyük zərbə olacaq.

Turizm Misir iqtisadiyyatının əsasını təşkil edən sahədir.

Britaniyanın baş naziri bunu da bildirib ki, hər ehtimala qarşı Şarm əş-Şeyxdən Britaniyaya uçan təyyarə reysləri təxirə salınıb. Bu arada Britaniya ekspertləri yerli hava limanlarında təhlükəsizliyin təftiş edilməsi üçün Misirə göndəriliblər.

Britaniya təhlilçiləri bildirirlər ki, Londonun bu qəzaya münasibəti onun təyyarənin partladıcı qurğu ilə məhv edildiyinə inandığını göstərir.

XS
SM
MD
LG