Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:23

Məhəmməd Peyğəmbərin karikaturalarını internetdə gizli satır


Lars Vilks
Lars Vilks
-
2007-ci ildə Məhəmməd Peyğəmbərin karikaturasını çəkən İsveç rəssamı Lars Vilks həyatını qorumaq üçün, özünün dediyi kimi, «ev dustaqlığı» yaşayır. Çəkdiyi rəsmdən sonra müsəlman dünyasında ona qarşı böyük etiraz aksiyaları keçirilmişdi. L.Vilks Məhəmməd Peyğəmbərin başını it bədənində göstərmişdi. O, AzadlıqRadiosuna müsahibəsində karikaturadan sonra həyatının necə dəyişməsindən danışıb:

- Peyğəmbərin şəklini çəkmək və ya şəklin üzünü çıxarmaq hər vaxt böyük diqqət cəlb edir, problemlər yaranır. Bu mövzuda ciddi özünüsenzura yaranıb.

- Salman Rushdie bu yaxınlarda deyib ki, 1989-cu ildə onun arxasında Qərbin dəstəyi vardı, amma indi heç kim özünü qabağa vermək istəmir. Hiss etmirsiz, sənətkarlar Sizə arxa durmaqdan çəkinirlər?

- Sən bu şeylərin qabağında dayanası güclü bir adama ehtiyac duyursan, çünki çox böyük təzyiqlər var. Bu, bir müddət davam edəcək. Bunun əvəzində heç nə almayacağını bilən bir kimsə mənə görə qurban olmaq istərdimi?

«PİS FİLM DƏ ÇƏKMƏYƏ İCAZƏ VERİLİR»

L.Vilks «Müsəlmanların məsumluğu» və onun ətrafında qalxan səs-küyə də münasibətini bildirib. Deyib ki, film qeyri-peşəkar çəkilib, amma məsələ bunda deyil:

- Məsələ ondadır ki, yaxşı film də çəkmək olar, pis film də. Pis film də çəkməyə icazə verilir. Sənin Peyğəmbərə hücum çəkmək niyyətin varsa, əlbəttə, buna da icazə verilir. Heç kim bunu dayandıra bilməz.
Lars Vilks
Lars Vilks

- Siz başqa dinləri və onların ekstremistlərini də hədəfə alırsınız, ya yalnız İslamı?

- İslamla xüsusi maraqlanmamışam. Etirazlara səbəb olmuş karikaturanı 2007-ci ildə çəkmişəm. Onu çəkəndə, fikirləşmirdim ki, böyük qalmaqal düşəcək.

EVİNDƏN ÇIXA BİLMİR

L.Vilks hazırda cangüdənlər əhatəsində keçən həyatından da danışıb. Deyib ki, o, ev dustağı olub. Polisi məlumatlandırmadan evini tərk etmir. Amma o, bunu həyatında faciəvi dəyişiklik hesab etmir:

- Deyə bilmərəm ki, bu, böyük problemdir. Amma əlbəttə ki, heç kəs bu cür həyat tərzi istəməzdi.

- Çox az qalereya bu gün Sizin əsərləri qəbul etmək istəyir. Bu halda çörəkpulunu necə qazanırsız?

- Məhəmməd Peyğəmbərin karikaturasının bir neçə variantını hazırlamışam, yağlı boya ilə işləmişəm. Bunları internetdə gizli satıram. Buna çoxlu maraq var.

Amma L.Vilks onu da deyir ki, Məhəmməd Peyğəmbərin karikaturalarını heç internetdə də auksiona çıxara bilmir:

- Çünki o dəqiqə auksiondan kənarlaşdırırlar.
XS
SM
MD
LG