Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:48

Məhəmməd peyğəmbər haqda filmi çəkən 1 il həbs cəzası aldı


Nakoula Basseley Nakoula
Nakoula Basseley Nakoula
Bütün müsəlman dünyası boyunca milyonlarla adamı Amerikaya qarşı etirazlara qaldırmış anti-İslam filminin arxasında duran şəxs bir il müddətinə azadlıqdan məhrum edilib.

Reuters agentliyinin məlumatına görə, film hazırlanarkən hələ də məhkum olan fırıldaqçı rəssam Mark Basseley Youssef filmin yaradılmasında rol oynamaqla şərti cəza dövrünün qaydalarını pozduğuna görə məhkum edilib.

Möhkəm mühafizə olunan Los Anceles Federal Məhkəməsində Mark Basseley Youssef müxtəlif qondarma adlardan istifadə etdiyini, sınaq müddəti zabitini alıdatdığını və bank fırıldağına görə çəkdiyi cəzadan buraxıldığı nəzarətli zamini pozduğunu etiraf edib.
Xəbər verilir ki, Misirdə doğulmuş kopt xristian Youssef bəzi rəsmi sənədlərdə doğum şəhadətnaməsindəki Nakoula Basseley Nakoula adını yazdırıb.

O sentyabr ayından bəri öz təhlükəsizliyi mülahizəsi ilə həbs edilmişdi.
Youssef ən azı bir halda qondarma Sam Bacile adını işlətdiyini etiraf edib. Şərti cəza müddətinin qaydalarına görə şəxs başqa adlardan istifadə etməməlidir.

Bunu həmin filmdə çəkilmiş bir neçə aktyor da təsdiq edib.

Video “Müsəlmanların məsumluğu” da daxil olmaqla bir neçə adla internetdə yayılıb.
ABŞ nahiyə hakimi Christina Snyder-in verdiyi hökmdə deyilir ki, Youssef bir ildən sonra azadlığa 4 illik əlavə şərti həbs cəzası ilə çaxacaq.

55 yaşlı Youssef tərəfindən yaradıldığı söylənən və bəzi versiyalarda “Səhra cəngavəri” adı ilə tanınan 13 dəqiqəlik klipdə Məhəmməd Peyğəmbər axmaq və seks hərisi kimi təsvir edilib, hərçənd bəzi çəkiliş üzvləri və aktyorlar bu filmə hiylə ilə cəlb olunduqlarını iddia ediblər.

Həmin aktyorlar iddia edirlər ki, onların səslərinin üstündən sonrdan ayrı mətnlər yazılıb.
Bir aktrisa isə Youssef-i məhkəməyə verib. O iddia edir ki, bu filmlə onun imicinə dərin ziyan vurulub və həyatı təhlükəyə atılıb.


FİLMƏ YOXSA FIRILDAĞA GÖRƏ?

Dövlət ittihamçısının köməkçisi Robert Dugdale bildirib ki, çəkiliş komandasının bəzi üzvlərini ölümlə hədələyiblər.

Bu film ərəb və müsəlman dünyasında Amerikaya qarşı etiraz tufanı yaratmışdı.
Sentyabrın 11-də başlanan zorakılıqlar ABŞ-ın Benqazidəki diplomatik missiyasına hücumlar və ABŞ-ın Liviyadakı səfiri də daxil olmaqla 4 amerikalının öldürülməsi hadisəsi ilə üst-üstə düşmüşdü.

ABŞ-ın və bir sıra başqa ölkələrin səfirlikləri həmçinin Yaxın Şərqin, Asiya və Afrikanın müxtəlif şəhərlərində hücumlara məruz qalıblar.

Müdafiə vəkili Steven Seiden müxbirlərə bildirib ki, hökumət cənab Youssef-i filmə görə cəzalandırmaq üçün onun əvvəlki məhkumluğundan qanunsuz şəkildə istifadə edir və beləliklə, onun ifadə azadlığına konstitusion hüququnu pozur.

Dövlət müvəkkili Dugdale isə deyib ki, Youssef filmi çəkdiyinə görə yox, fırıldaq yolu ilə və başqa adla çəkdiyinə görə məhkum edilib.

Youssef məhkəmə zalına ağ rəngli kombinezonda, qolları qandallanmış şəkildə gətirilib və ərəb tərcüməçisinin xidmətindən istifadə edib.

Müdafiə vəkili həmçinin deyib ki, cənab Youssef flmin ssenarisini yazıb və bu mənada “mədəniyyət məsləhətçisi” də sayıla bilər, lakin o, filmin sahibi deyil.

Cənab Youssef bundan əvvəl fırıldaq yolu ilə banklardan 641 kredit və debit kartı alaraq ümumilikdə 800 min dollar pul mənimsəyib.
XS
SM
MD
LG