Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:23

«Müsəlmanların məsumluğu» filmində gürcü aktrisa da çəkilib...


Anna Gurji
Anna Gurji
-
Sentyabrın 17-də ingilis yazıçısı Neil Gaiman öz bloqunda bir məktub dərc edib. Məktubun adı «Qorxmuş aktrisadan məktub»dur. Məktubun bir neçə gün əvvəl 21 yaşlı gürcü aktrisadan alındığı bildirilir.

21 yaşlı aktrisa Anna Gurji müsəlman dünyasının qəzəbinə tuş gəlmiş «Müsəlmanların məsumluğu» filmində rol alan aktrisalardan biridir. Məktub çox emosional yazılıb. Aktrisa deyir ki, o, filmə dəvət alanda, filmin Məhəmməd peyğəmbər haqqında olduğunu bilməyib.

2011-ci ilin yayında filmin məşqləri gedəndə, Hillary rolunu oynayıb. Ona deyibmişlər ki, «Səhra döyüşçüsü» adlı filmdə çəkilir. Filmin yaradıcı heyətinə deyilibmiş ki, bu, qədim Misirdə bir tayfa haqqında çəkilən macəralı dramdır. Yalnız filmin üzərində təhrifedici dublyaj işi aparıldıqdan sonra bunun İslamı təhqir edən film olduğu aydınlaşıb. İndi aktrisa bu filmə görə insanların qətlə yetirildiyini görəndə, şoka düşüb və sarsılıb.

GURJI'Nİ MÜHAFİZƏÇİLƏR QORUYUR

Aktrisa yazır ki, bütün çəkiliş müddətində heç bir dinin adı çəkilmirmiş:

«Mən yüz faiz əminəm ki, filmdə çəkilənlərin hamısı filmin «Səhra döyüşçüsü» adlı film olduğunu düşünürdü».

«Müsəlmanların məsumluğu» filmindən kadr
«Müsəlmanların məsumluğu» filmindən kadr
Aktrisa deyir ki, o, filmdə gənc qız rolunu oynayıb. Həmin qız «George» adlı tayfa başçısına satılıbmış. Filmdə Misirdə tayfaların kosmosdan səhraya düşmüş bir kometanı axtarması təsvir olunurmuş. Həmin kometanı tapmaq uğrunda tayfalararası mübarizə gedirmiş.

Aktrisa Gürcüstanda boya-başa çatıb. Anna yazır ki, Amerikaya filmə çəkilməyə dəvət alanda, çox sevinirmiş. Ancaq sonradan film ortaya çıxanda sarsılıb.

Anna Gurji deyir ki, o, öz təhlükəsizliyinə görə narahat olsa da, hələ də gizlənmir. Onun bacısı «Rustavi-2» kanalına bildirib ki, indi Gurji'ni mühafizəçilər qoruyur.

Aktrisa əvvəllər bir neçə reklamda və filmdə çəkilib. Ancaq onun əsas rolu 2006-cı ildə 14 yaşı olanda çəkildiyi «Bu gün heç vaxt olmasaydı» filmindəki rolu olub.
XS
SM
MD
LG