Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:02

Obama: «Müsəlman ölkələri amerikalıları qorumalıdır»


ABŞ prezidenti Barack Obama və Hillary Clinton
ABŞ prezidenti Barack Obama və Hillary Clinton
«Müsəlman ölkələri xaricdəki amerikalıları qorumalıdır». Bu bəyanatla ABŞ prezidenti Barack Obama çıxış edib.

Son günlər ABŞ-ın bəzi ölkələrdəki diplomatik nümayəndəliklərinə hücumlar olub. Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna hücum nəticəsində səfir və daha üç amerikalı öldürülüb.

ABŞ rəsmiləri bu zorakılığın səbəbini internetdə yayılmış anti-İslam videosunda – «Müsəlmanların məsumluğu» adlı filmdə görürlər.

Obama həmin videonu «təhqiramiz» adlandırıb, ancaq deyib ki, bu, zorakılığa haqq qazandırmır. Onun sözlərinə görə, videonun arxasında «şübhəli şəxs» durur.
O, zorakılığa baxmayaraq Liviyadakı vəziyyətin ümidsiz olmadığını, bəzən maneəli və təhlükəli olacağını deyib.

Səudiyyə Ərəbistanı bu videoya çıxışın qarşısını almaq üçün YouTube sosial şəbəkəsini bağlayıb. Krallıq Google-dan xahiş edib ki, videonun olduğu bütün linkləri bağlasın.

Birləşmiş Ştatlarda hazırlanmış video Məhəmməd Peyğəmbəri məsxərəyə qoyur.
Google Liviya və Misirdə, eləcə də İndoneziya və Hindistanda həmin videoya çıxışı bağlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG