Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:21

Rusiya səfiri Polşada qalmaqal yaratdı


Sergey Andreyev
Sergey Andreyev

Rusiyanın Polşadakı səfiri bu ölkəni İkinci Dünya Müharibəsinin başlanmasında qismən təqsirli adlandıraraq polyakların hiddətinə səbəb olub.

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev cümə günü TVN24 telekanalı ilə yayınlanan müsahibəsində deyib ki, İkinci Dünya Müharibəsinin başlanmasına görə o vaxtkı Polşa hökuməti qismən məsuliyyət daşıyır.

Özünümüdafiə üçün işğal

Səfir deyib ki, bütün 1930-cu illər ərzində Varşava hökuməti antihitler koalisiyasının yaradılmasına mane olub və bu, 1939-cu ildə ölkənin Almaniya tərəfindən işğalı ilə nəticələnib.

Polşa XİN: Biz bu hadisəni XDİK-in (NKVD) sovet hakimiyyətinin əmrilə törətdiyi cinayətin qurbanlarına hörmətsizlik kimi qiymətləndiririk

Sergey Andreyev həmçinin deyib ki, 1939-cu ildə Sovet İttifaqı özünümüdafiə tədbiri görüb və buna görə də SSRİ-nin Polşaya müdaxiləsi təcavüz sayılmamalıdır.

Təhlilçilər bildirirlər ki, hazırda Moskva ilə Varşava arasındakı münasibətlər son 70 ildə ən pis həddə çatıb.

Ötən şənbə Polşa XİN Rusiya səfirinin bəyanatlarından heyrətləndiyini bildirib. Nazirliyin bəyanatında deyilir ki, Rusiya səfiri “tarixi həqiqəti təhrif etməyə və Stalinin cinayətlərini ört-basdır etməyə çalışıb”.

Polşa XİN-in bəyanatında bildirlir ki, səfir Andreyev izahat üçün bazar ertəsi nazirliyə dəvət olunub.

Rusiya və Almaniya əsgərləri Polşanı böləndən sonra. 22 sentyabr 1939.
Rusiya və Almaniya əsgərləri Polşanı böləndən sonra. 22 sentyabr 1939.

“Biz bu hadisəni XDİK-in (NKVD) sovet hakimiyyətinin əmrilə törətdiyi cinayətin qurbanlarına hörmətsizlik kimi qiymətləndiririk” – deyilir bəyanatda.

Sovet ordusu Polşaya müdaxilə edəndən sonra, 1940-cı ildə 200 minədək polyak hərbçi SSRİ-nin düşərgələrinə sürgün edilmiş, daha 20 min zabit güllələnmişdi.

Tarix dərsini kim deməlidir?

Rusiya Dövlət Duması beynəlxalq işlər komitəsinin sədri Aleksey Puşkov baş vermiş qalmaqalla əlaqədar deyib ki, Polşa hakimiyyəti Rusiya diplomatına tarix dərsi deməməlidir.

“Ukraynalıları “Osventsim xilaskarları” adlandırandan sonra, Varşavanın bizim səfirə tarix dərsi deməsi yersizdir” – yazıb Puşkov Tvitterdə.

Aleksey Puşkov: Ukraynalıları “Osventsim xilaskarları” adlandırandan sonra, Varşavanın bizim səfirə tarix dərsi deməsi yersizdir

İkinci Dünya Müharibəsi ərəfəsində Almaniya ilə Sovet İttifaqı arasında imzalanmış “hücum etməmək barədə paktın” (Molotov-Ribbentrop paktı) məxfi əlavəsinə əsasən Polşa və Şərqi Avropanın başqa ölkələri Moskva və Berlin arasında nüfuz dairələrinə bölünmüşdü.

1939-cu ilin 1 sentyabrında Almaniya Polşaya müdaxilə etmiş, 16 gün sonra Polşa ərazisinə sovet qoşunları daxil olmuşdu.

Polşanın Almaniya və Rusiya arasında bölüşdürülməsi sentyabrın 28-də başa çatmışdı.

2009-cu ildə Avropa Parlamenti 23 avqustu (Molotov-Ribbentrop paktının imzalandığı gün) stalinizm və nasizm qurbanlarının xatirə günü elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG