Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:24

Polşa Rusiya ilə Kalininqrad sərhədində nəzarət qüllələri tikir


Russia -- Kaliningrad map, undated

Russia -- Kaliningrad map, undated

Polşa Rusiyaya məxsus Kalininqrad eksklavı ilə sərhəddə müşahidə qüllələrinin tikintisinə başlayıb.

Xəbər verilir ki, hər birinin hündürlüyü 50 metr olacaq 6 qüllədən alınan videogörüntülər Polşanın sərhəd qoşunları komandanlığına ötürüləcək.

200 kilometrlik sərhəd xətti boyunca düzüləcək qüllələrin ümumi dəyəri 3, 8 milyon dollar olacaq.

Bu vəsaitin 75 faizi Avropa İttifaqının sərhəd fondundan ayrılıb.

Xəbər verilir ki, qüllələrin tikintisi Rusiyanın Kalininqradda raketlər yerləşdirməsi ilə bağlı məlumatlara görə başlanıb.

Polşa sərhəd qoşunları bildirir ki, hazırda qüllələrdə texniki qurğuların sınağı keçirilir.

Qüllələr iyunun sonunadək istifadəyə veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG