Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:31

Ziyalılar Nazarbayevə xəbərdarlıq edirlər


Ziyalılar Nursultan Nazarbayevə xəbərdarlıq edir: İnqilab ola bilər.
Ziyalılar Nursultan Nazarbayevə xəbərdarlıq edir: İnqilab ola bilər.

-

“Nur əkə, amandır, ehtiyatlı ol!”

Ziyalılar Nazarbayevə xəbərdarlıq edirlər

Qazaxıstan hökumətinin torpaqları hərrac yolu ilə satmaq planı son bir neçə həftə ərzində ölkənin internet məkanında qızğın müzakirə obyektinə çevrilib. Çoxları bu yolla torpağın xaricilərə satılacağından və ya icarəyə veriləcəyindən ehtiyat edirlər. Onlar hətta etiraz aksiyası keçirmək üçün müraciət də ediblər.

Vəziyyətdən narahat olan bir qrup ziyalı prezident Nursultan Nazarbayevə açıq məktub ünvanlayıb. Müraciətdə deyilir ki, torpaq dövlətin əsası olduğundan onun vətəndaşlarından savayı başqa heç kimə satıla və ya icarəyə verilə bilməz.

TORPAĞI SATMAQ "XALQI SATMAQ"DIR

“Son vaxtlar əhali “torpağı satmaq” ifadəsini “xalqı satmaq” kimi qəbul edir. İnsanlar çox nigarandırlar, ona görə də təşkilatlanmağa başlayıblar. Bizdə olan məlumata görə, əyalətlərdə artıq 50 mindən artıq imza toplanıb. Əgər torpaq xaricilərə satılsa və ya icarəyə verilsə, xalq üsyana qalxacaq. Bizim vətəndaş borcumuz sizi xəbərdar etməkdir” deyə, ziyalılar müraciətdə yazır.

Azadlıq Radiosunun Qazaxıstan bürosunun müxbiri açıq məktubun altında imzası olanlardan bəziləri ilə söhbət edib..

Onlardan biri, ekoloq Mels Eleusizov deyir ki, məktuba hakimiyyətin necə reaksiya verdiyindən məlumatsızdır:

“Ancaq mən torpağın satılmasına qarşıyam. Xalqın torpağı satıla bilməz. Məktubda yazılanların hamısı doğrudur. Xalq hakimiyyətə yaxşı yanaşdığına görə hələlik səsini çıxarmır. Ümid edirik ki, məktub öz bəhrəsini verəcək".

“Nur əkə, ehtiyatlı ol! Bu inqilaba gətirib, çıxarar.

Məktubu imzalamış başqa bir ziyalı, politoloq Azimbay Qali deyir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar varlılar üçün alqı-satqı obyektinə çevrilməməli, xarici investorlara satılmamalıdır. Politoloqun fikrincə, bu cür torpaqlar yalnız orta fermerlərə satıla bilər.

-- Mən sosial şəbəkədə yazdım: “(Prezident Nursultan Nazarbayevi nəzərdə tutaraq – red.) Nur əkə, amandır, ehtiyatlı ol. Bu, inqilaba gətirib çıxarar”. İndi əhali çox emosionaldır. Hər şey ola bilər.” – deyir Azimbay Qali.

NAZİR XARİCİLƏRƏ SATILMAYACAQ DEYİR

Açıq məktubdan sonra kənd təsərrüfatı naziri Asıljan Mamıtbekov kənd təsərrüfatı torpaqlarının xaricilərə satılmayacağını, yalnız ölkə vətəndaşlarına və yerli hüquqi şəxslərə satılacağını söyləyib. Ancaq fəallar nazirin bu sözlərinə o qədər də bel bağlamırlar.

Kənd təsərrüfatı təyinatlı torpaqların özəl mülkiyyətə verilməsi məqsədilə 2016-cı il iyulun 1-dən yerli icra hakimiyyəti orqanları 1.7 milyon hektar ərazini hərraca çıxaracaqlar.

Qazaxıstanda torpaq məsələsi ilə bağlı sonuncu dəfə böyük etiraz aksiyası 2010-cu il yanvarın 30-da Almatıda keçirilib. O vaxt mitinqin keçirilməsinə səbəb hökumətin 200 hektar ərazini Çinə vermək niyyətində olduğu barədə söz-söhbətlər olmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG