Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

2013-cü ildə vergi işçilərinin qapılarını qapadığı “Qanun” jurnalının şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılacaq.

Redaksiyanın sözügedən işdə hüququ nümayəndəsi Xalid Ağaliyevin bildirdiyinə görə, yerli məhkəmələr “Qanun”un şikayətlərini qanuni araşdırmayıblar.

“2013-cü ildə “Qanun” jurnalı və nəşriyyatı heç bir legitimliyi olmayan yoxlamaya məruz qalıb. Təəssüflər olsun ki, yerli məhkəmələr bu prosesdə yol verilmiş hüquq pozuntularının heç birini aradan qaldırmadı. “Qanun”un bank hesablarına münasibətdə bu pozuntular, hələ də, davam edir”, deyən hüquqşünas Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edildiyini bildirib.

Buna da bax:​ Şahbaz Xuduoğlu: "Qanun"dan oğurluğun səbəbi cəzasızlıqdır

Üstəlik, şikayət, artıq, icraata qəbul edilib.

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətdə vurğulanır ki, yerli qurumlar, məhkəmələr “Qanun” jurnalına münasibətdə Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsini (mülkiyyət hüququ) pozublar. Bundan başqa, Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu maddəsinin (ifadə azadlığı) və 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) də pozuntusuna yol verildiyi bildirilir.

Avropa İnsan Hüquqları Məhkəməsindən qeyd olunan hüquqların pozuntusunun tanınması, pozulmuş hüquqlara görə, ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarılması istənilir.

Buna da bax: “Qanun”un şikayəti rədd edildi

“Qanun” jurnalı və nəşriyyatı cərimələnmişdi

Qanun jurnalı və eyni adlı nəşriyyatın 2013-cü ildə basqılara məruz qaldığı bildirilir. O zamanlar basqılar həmin il keçirilmiş prezident seçkilərində müxalifətin prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin seçki materiallarının “Qanun” nəşriyyatında çap edilməsi ilə əlaqələndirirdilər.

Həmin il noyabrın 1-də Vergilər Nazirliyinin Vergi Auditi Departamenti və Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinin 25-dən çox əməkdaşı “Qanun” jurnalı və nəşriyyatının ofisində yoxlama aparmışdı.

Buna da bax: Nəşriyyatı bağlayın, binasını da buldozerlə uçurdun!

O zaman ofisin giriş və çıxışı qapadılmış, redaksiyanın, nəşriyyatın fəaliyyəti dayandırılmışdı.

Yoxlamalar nəticəsində “Qanun” jurnalı redaksiyası 45 min manatdan artıq (cərimə və vergi) cərimələnmiş, bank hesablarına həbs qoyulmuşdu.

Yerli məhkəmələr “Qanun”un şikayətlərinin heç birini təmin etməmişdi.

Haqqında bəhs olunan yoxlamalardan sonra “Qanun” jurnalı ilə yanaşı, nəşriyyat da cərimələnib. Həmin iş üzrə ölkə içində məhkəmə prosesləri, hələ, davam edir.

Buna da bax:

XS
SM
MD
LG