Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:09

-

İkinci dəfədir “Qanun” müdafiə edən yazı yazıram. Və utanıram, cənablar! Utanıram ki, bir Azərbaycan yazıçısı bir nəşriyyatın müdafiəsi üçün qələmə sarılır!?​

Azad Qaradərəli

"QANUN" NƏŞRİYYATINI BAĞLAMAQ LAZIMDIR

Mən orta məktəbdə “İskra” qəzeti haqda oxuyanda nəyin bahasına olursa-olsun jurnalist olacağımı qət etmişdim. Ali məktəbdə “Yaşamaq gözəl şeydir, qardaşım” romanını oxuyanda isə yazıçı olacağım kəsinləşdi. “Martin İden” və “Ovod” məni inqilabçı etdi...

İskra qəzetinin ilk sayı 1900-cu il

İskra qəzetinin ilk sayı 1900-cu il

Yaşım 60-ı keçib. Kitablar sayəsində həyatda uğur qazanmağın yolunu (bu ölkədə yolsuzluğunu) dərk etdim. Kitablar məni yazıçı etdi. Kitablar mənə kişi kimi yaşamağı, harama əl vurmamağı öyrətdi. (“Burda kişi var?” hekayəm və eyniadlı kitabım bunu daha yaxşı ehtiva edir.) Kitablar mənə yaltaqlanmamağı, başı dik, qürurlu olmağı öyrətdi. Və bir gün ətrafımda adanmlar azalanda kitablar mənə daha etibarlı dostlar qazandırdı. Bu az dostlardan“Qanun” nəşriyyatı və onun kitabsevər kollektivini misal göstərə bilərəm. (O cümlədən kitab fanatı Şahbaz Xuduoğlu)

60 illik yubileyim olanda bu nəşriyyat mənim “Şəhərcik” romanımı buraxdı. (Ondan qabaq “Burda yer fırlanmırdı kitabım nəşr olunmuşdu həmin nəşriyyatda.) Ardınca “Renessans həsrəti” kitabım çıxdı “Qanun”da...

Bu nəşriyyat təkcə Azad Qaradərəliyəmi qucaq açıb? Belə düşünsəm, xudpəsəndlik olar! “Qanun” mənim kimi çoxlu yazıçıya əl tutub, bu kitabsızlar ölkəsində kitablarını nəşr edib. Xüsusilə, gənclərin burada çapı böyük hadisədir...

İ

Azad Qaradərəlinin "Qanun" nəşriyyatından çıxmış "Şəhərcik" romanı

Azad Qaradərəlinin "Qanun" nəşriyyatından çıxmış "Şəhərcik" romanı

kinci dəfədir “Qanun” müdafiə edən yazı yazıram. Və utanıram, cənablar! Utanıram ki, bir Azərbaycan yazıçısı bir nəşriyyatın müdafiəsi üçün qələmə sarılır!?

Cənablar! Sizin işiniz-gücünüz yoxmu? Niyə cinayətkarı lazımi yerdə axtarmırsınız? Nəşriyyatda bomba istehsal etmirlər, kitab buraxırlar axı...

Daxili İşlər Nazirliyinin və Respublika Prokurorluğunun rəhbərliyinədir bu sualım: Necə olur ki, Beynəlxalq Bankın həbsdə olan prezidentinin arvadı xaricə qaça bilir, amma Əkrəm Əylisli kitab festivalına gedə bilmir? Necə olur ki, ölkənin kitab bazarını kitabla təmin edən bir nəşriyyatda kitab deyil, bomba axtarırsınız?

Ayıbdır. Bizi dünyada biabır etməyin. ..

“İskra”, “Ovod”, “Martin İden”... Əslində bu “Qanun” nəşriyyatı çoxdan bağlanmalı idi! Bağlayın, binasını da buldozerlə uçurdun! Yerində yaxşı bir “MALL” açmaq olar... Məsələn, “20 Yanvar MAL” ticarət mərkəzi...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG