Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:08

Şahbaz Xuduoğlu: "Qanun"dan oğurluğun səbəbi cəzasızlıqdır


"Qanun" nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu.

"Qanun" nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu.

-

Dünən “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu sentyabrın 26-dan 27-nə keçən gecə nəşriyyatın qarət olunduğu barədə məlumat vermişdi. Onun sözlərinə görə, oğrular nəşriyyatdan xeyli pul aparıblar – “Qanun” nəşriyyatının kassasından 3 min manat, “Əli və Nino” kitab evinin kassasından isə 213 manat 20 qəpik. Şahbaz Xuduoğlu bununla bağlı Oxu Zalına danışıb.

- Şahbaz bəy, oğurluq hadisəsinin üzərindən artıq xeyli vaxt keçib. Hadisənin kimlər tərəfindən və niyə törədildiyi barədə məlumat varmı?

- Bu gün Bakı Şəhər Polis İdarəsinin əməkdaşları gəldilər. Onlar da ayrıca təhqiqat aparırlar. Amma hələlik bir nəticə yoxdu.

Buna da bax: 'Qanun'dan müəmmalı oğurluq

- Sizcə, eyni hadisənin iki dəfə təkrarlanmağı nə ilə bağlıdı?

- Məncə, bu adi oğurluqdu. Bəlkə də oğrulara içəridə pul olduğu barədə məlumat çatdırılıb. Onlar da pulu götürməyə gəliblər.

- Psixologiyada bir şey var- caninin cinayət yerinə təkrar qayıtması məsələsi. Belə bir hadisə “Əli və Nino” kitab mağazalarında da baş verib – oğrular eyni yeri iki dəfə qarət ediblər. Və eyni hadisə “Qanun” nəşriyyatında da baş verir. Sizcə, bu təsadüfdü, yoxsa düşünülmüş hadisə?

- Yox, məncə, bunun səbəbi cəzasızlıqdır. Əgər birinci dəfə oğurluq olanda yaxşı təhqiqat, əməliyyat aparılsaydı, cinayətkarlar yaxalansaydılar, hadisə təkrarlanmazdı. Cinayətkarlar gördülər ki, hadisəyə qarşı laqeydlik var, təkrar oğurluq etdilər. Əgər bu laqeyd münasibət davam eləsə, yenə gələcəklər.

- Birinci oğurluqdan sonra nəşriyyatda təhlükəsizlik sisteminin qurulması, ya da gücləndirilməsi üçün hansısa tədbirlər görmüşdünüzmü?

- Əlbəttə ki, belə tədbirlər görmüşdük. Amma ola bilsin, oğruların içəridən kimləsə əlaqələri var. Çünki nəşriyyatda çox adam işləyir. Ya da bəlkə bizdə əvvəllər işləmiş, sonra işdən çıxmış kiminləsə əlaqələri var. Hər halda hiss olunur ki, məlumatlı adamlardılar.

Buna da bax: Şahbaz Xuduoğlu: İntiqam almaq hiss olunur

- Bu cinayət, sizdən qisas almaq, ya da kitab biznesinə zərər vurmaq cəhdi ola bilərmi?

- Doğrusu, yox. Belə şey olduğunu düşünmürəm.

Günün bütün mövzuları

XS
SM
MD
LG