Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:50

İŞİD-in məğlubiyyəti “qlobal cihadizmə son qoymayacaq”


Yeni hesabatda deyilir ki, “əgər İŞİD məğlub edilərsə, onun yerini tutmağa hazır olan başqa sələfi-cihadçı qrupların 65 min döyüşçüsü var”

Britaniya mətbuatı yenicə açıqlanmış hesabata əsasən yazır ki, İŞİD məğlub edilərsə belə, “Suriyadakı cihad terroru” bitməyəcək, çünki onun yerini tutmağa hazır olan 15 başqa cihadçı qruplaşma var.

Hesabatda deyilir ki, Suriyada döyüşən üsyançıların üçdə birini “İslam Dövləti” adlı təşkilatın ideallarına bənzər dini inancları və siyasi məqsədləri olan qruplaşmalar təşkil edirlər.

Qiyamçıların 33 faizi İŞİD kimi düşünür

Hesabat müəlliflərinin fikrincə, faktikin olaraq bu on beş təşkilatdan hər biri İŞİD-in hərbi məğlubiyyətinin ardınca yaranmış boşluğu doldurmaq qabiliyyətindədir.

Beynəlxalq birlik üçün ən böyük təhlükəni İŞİD-in ideologiyasını bölüşən, lakin İŞİD-ə qarşı döyüş meydanında nəzərə alınmayan bu qruplaşmalar təşkil edir

Bu da qeyd olunur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarında Suriyada cəmi 31 min İŞİD döyüşçüsünün olduğu deyilsə də, sözü gedən başqa qrupların sıralarında 65 min silahlı birləşib.

Yeni hesabatı Din və Geosiyasət Mərkəzi (Centre on Religion and Geopolitics) təşəbbüs qrupu hazırlayıb. Bu qrupun Britaniyanın keçmiş baş naziri Tony Blair-ə bağlı olduğu söylənir.

Qrup hesabatın hazırlanması prosesində Suriyadakı 48 qiyamçı dəstənin siyasi baxışlarını araşdırıb.

Əldə olunan nəticələr onlardan 33 faizinin İŞİD-in ideologiyasına davamçılıq etdiyini göstərib.

Şərhçilərin fikrincə, əgər bura şəriət qanunlarına uyğun hökumət qurmaq istəyən qruplaşmalar da daxil edilərsə, sözü gedən rəqəm 60 faizə yüksələr.

Assad bütün hallarda getməlidir

Hesabatda deyilir ki, “əgər İŞİD məğlub edilərsə, onun yerini tutmağa hazır olan başqa sələfi-cihadçı qrupların 65 min döyüşçüsü var”.

Cihadçılığın hərəkətverici qüvvəsi olan zehniyyət və ilahiyyatçılıq məğlub edilməlidir

"Beynəlxalq birlik üçün ən böyük təhlükəni İŞİD-in ideologiyasını bölüşən, lakin İŞİD-ə qarşı döyüş meydanında nəzərə alınmayan bu qruplaşmalar təşkil edir” – deyilir hesabatda.

Hesabatda tövsiyə olunur ki, İŞİD-ə qarşı hərbi əməliyyatlar zəruri olsa da, siyasətçilər İŞİD-in məğlubiyyəti ilə sələfi cihadçılığına son qoyulamyacağını nəzərə almalıdırlar və buna görə də cihadçılığın hərəkətverici qüvvəsi olan zehniyyət və ilahiyyatçılıq məğlub edilməlidir.

Hesabatda bu da qeyd olunur ki, Suriyadakı üsyançı birləşmələrin 90 faizi prezident Bashar al-Assad-ın devrilməsini məqsəd qoyub və “onun prezidentliyi şəraitində heç bir sülh razılaşmasından söhbət gedə bilməz”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG