Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 19:24

Gənclər niyə radikal islamçılığa meyl göstərir?


-
Avstriyadan gedib Suriyada İŞİD-ə qoşulan qızlardan biri sonradan qaçmaq istəyəndə ölənə qədər döyülüb. Ölən qızın 17 yaşı varmış. Onun 15 yaşlı dostu isə 2014-cü ildə döyüşlərdə ölmüşdü.

Bu xəbər keçən ay az qala dünyanın bütün xəbər saytlarında yayılmışdı.
BBC yazır ki, cihadçıların çoxu yeniyetmə yaşında olmasalar da rəsmi rəqəmlər gənclərin radikal islamçı qruplara qatıldıqlarının artdığını göstərir.

"DAHA ÇOX GƏNC RADİKAL QRUPLAŞMALARA MEYİL EDİR"

İngiltərədə terrorçuluq ittihamları ilə həbs edilən 18 yaşdan aşağı olan gənclərin sayı iki dəfə artıb. 2013-cü ildə onların sayı 8, 2015-ci ildə isə 15 olub.
Mütəxəssislər deyir ki, indi daha çox gənc radikal qruplaşmalara meyl edir. Onlara yeniyetmələr də qoşulur.

Georgia Dövlət Uiversitetində cihadçı döyüşçülər mövzusunu araşdıran Charlie Winter deyir ki, İŞİD qol-budaq atdıqca, onlara qoşulanlar da çoxalır. Özü də bu səhvən edilən bir seçim deyil.

RADİKAL QRUPLAR GƏNCLƏRİN AXTARIŞINDADIR...

Radikal qruplar daha çox gənclərin axtarışındadır
Radikal qruplar daha çox gənclərin axtarışındadır

İŞİD-in əsas hədəfi 16-24 yaşlı gənclərdir.
Almaniyada radikkallaşma üzərində təhqiqat aparan GIRDS təşkilatının direktoru Daniel Koehler deyir ki, radikallaşma 11-12 yaşlarndan başlaya bilər. Onlardan daha çox digərlərini də özlərinə qoşmaq üçün istifadə olunur. Mütəxəssis deyir ki, həm də yeniyetmə və gəncləri cəlb eləmək daha asandır.
Onları cəlb edilməsində isə internetin rolu böyükdür: “İnternet onlar üçün çox vacibdir. İŞİD hər gün hər dildə 30-40 yüksək keyfiyyətli video yayır. İŞİD-in 30-40 min arasında Twitter hesabı var. “Cihad necə edilir, İŞİD-ə necə qoşulmaq olar” mövzusundakı çağırışlar internetdə asanlıqla tapılır”.

FƏRQLİ MƏDƏNİYYƏTİN CAZİBƏSİ...

“İŞİD fərqli mədəniyyət fikrini önə çəkir. Dövlət qurmaq və demokratik cihad kimi firkilər yayırlar. Bu da öz cəmiyyətlərindən, ailələrindən narazı olan və yüksək ideallar axtaran gəncləri cəlb edə bilir”, Charlie Winter bu fikirdədir.

Mütəxəssis deyir ki, öz ölkələrindəki radikal qruplarla ünsiyyətləri də gənclərin onlara qoşulması istəyini artıran əsas səbəblərdəndir:

“Bir çox nümunələrdə insanların tanış-biliş sayəsində radikallara qoşulduğunu görmüşük. Təkcə internet yox, döyüşə gedən biri ilə tanışın olması da burda əsas rol oynayır”.

Mütəxəssislərin fikrincə, Suriyada vuruşanların dəstələrinə başqalarını cəlb eləmək üçün təcrübələrindən danışmaqları da başqasını onlara qoşulmağa sövq edir. Gənclər bir az da şişirdilmiş hekayələrə qulaq asdıqca daha tez təsir altına düşürlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG