Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:53

-

2013-2015-ci illərdə Suriyada İŞİD-in tərkibində Bashar al-Assad hakimiyyətinə qarşı döyüşməkdə ittiham olunan Elşən Adilovun məhkəməsi yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə artıq məhkəmə istintaqı başa çatıb.

Rauf Əliyevin sədrliyi ilə dekabrın 7-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı müttəhimin 17 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Məhkəmə prosesi dekabrın 14-də Elşən Adilovun son sözüylə davam edəcək.

Elşən Adilov silahlı birləşmələrin tərkibində döyüşməklə ölkə qanunvericiliyini pozmaqda təqsirli bilinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG