Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:03

►"Üyüdüb toz halına salıblar"

Peykdən çəkilmiş şəkillər göstərir ki, Mosul şəhərinin "İslam dövləti" qruplaşmasının əlinə keçməsindən cəmi bir neçə ay sonra 1400 il yaşı olan xristian monastırı "yerlə-yeksan edilib. Bu, İraq ərazisində olan ən qədim monastır idi.

CNN yazır ki, həm də Dair Mar Elia adı ilə tanınan Müqəddəs Elia monastırı Mosul ətrafında yerləşirdi. Fotoşəkilləri araşdıran kəşfiyyat şirkəti "AllSource Analysis"dən olan ekspertlər deyirlər ki, qədimliyinə baxmayaraq onun özü-özünə dağılması ehtimalı çox azdır

Ekspertlərin sözlərinə görə, bəzi faktorlar onun qəsdən dağıdıldığına dəlalət edir.

Birincisi, məkanın 2014-cü ilə aid, dağılmadan əvvəlki və sonrakı təsvirlərinin müqayisəsi göstərir ki, onu az qala "üyüdüb toz halına salıblar".

İkincisi, peykin çəkdiyi təsvirlərdə paralel ağ zolaqlar görünür. Onların əraziyə gəlmiş buldozerlərin izi olduğu düşünülür.

Üçüncüsü, hadisənin baş verdiyi zaman bu işdə İŞİD-in əli olduğuna dəlalət edir.

Mosul 2014-cü ilin iyununda İŞİD-ə təslim olub. Təsvirlərin təhlili göstərir ki, monastır 2014-cüi ilin avqustunda, yaxud sentyabrında dağıdılıb.

İŞİD bu hadisəni ictimailəşdirməsə də, bu, terrorçu qruplaşmanın tarixi abidələri dağıtdığı ilk hal deyil.

Avqust ayında islamçı ektremist qrup qonşu Suriyada Palmira xarabalıqlarında 2000 ilə yaxın yaşı olan məbədi partladıb.

"İslam dövləti" qruplaşması sünni məzhəbindən kənar bütün məzhəblərin ibadətgahlarını, eləcə də xristianlıq, iudaizm ziyarətgahlarını bütpərəstlik nişanəsi sayır.

Keşiş Paul Thabit Habib əvvəllər Mosuldakı Xaldey Katolik Kilsəsinə rəhbərlik edib. O, hazırda məcburi köçkünə çevrilmiş minlərlə xaldey xristianın Mosuldan Ərbilə və ətraf ərazilərə köçməsini izləməkdədir. "Biz bu tarixi abidələrin dağıdılmasını hər gün görürük," deyə o bildirib.

"Bu, böyük itkidir. O heç vaxt bərpa olunmayacaq. Onun yaşı ta 6-cı əsrə gedib çıxır. Biz sivilizasiyalar tarixinin silinməsindən danışırıq."

İŞİD dünyanın ən qədim şəhərlərinə hücuma keçib- [fotolar]

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG