Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

İŞİD “cihadçı John”un ölümünü təsdiq etdi


Britaniyalı Mohammed Emwazi "cihadçı John" adı ilə tanınırdı

Britaniyalı Mohammed Emwazi "cihadçı John" adı ilə tanınırdı

İslam Dövləti adlandırılan təşkilata bağlı internet saytı Qərb mediasında “cihadçı John” kimi təqdim edilən şəxsin nekroloqunu dərc edib.

İslam Dövləti adlandırılan təşkilata bağlı internet saytı Qərb mediasında “cihadçı John” kimi təqdim edilən şəxsin nekroloqunu dərc edib.

İŞİD-in edam videolarında özünü “kafirlərin cəlladı” kimi təqdim edən şəxsin öldürüldüyü xəbər verilib.

İŞİD videolarında edam edilmiş şəxslər

İŞİD videolarında edam edilmiş şəxslər

Pentaqon və London ərəb əsilli Britaniya vətəndaşı Mohammed Emwazi-nin ötən noyabrda ABŞ qüvvələrinin dron zərbəsii ilə öldürüldüyünü xəbər vermişdi.

Emwazi İŞİD-in “Dəbiq” jurnalında özünün “Əbu Müharib əl-Mühacir” ayaması ilə təqdim olunur.

“1437-ci ilin məhərrəm ayının 29-da (12 noyabr 2015) Əbu Müharib nəhayət Allah yolunda çoxdan gözlədiyi şəhidlik mərtəbəsinə yüksəlib. Onun maşını Raqqa şəhərində dron atəşi ilə vurulub və o dərhal həlak olub” – yazır “Dəbiq”.

Emwazi İslam Dövləti adlandırılan təşkilatın edam videolarında bu qrupun qəddarlığını simvolizə edən fiqur idi.

Pusquda uçan dronlar

O ABŞ jurnalistləri Steven Sotloff və James Foley, Amerika humanitar yardım işçisi Abdul-Rahman Kassig, Britaniya yardım işçiləri David Haines və Alan Henning, habelə Yaponiya jurnalistiKenji Goto və başqa girovların qətlini göstərən videolarda çəkilmişdi.

Pentaqonun iki, Britaniyanın isə bir MQ-9 dronları daim Raqqa üzərində pusquda uçuşurmuş

Bu videolarda bir qayda olaraq qara paltarda, yalnız gözlərini açıq qoyanbalaklavada görünən Emwazi dünyada ən intensiv axtarışda olan şəxslərdən biri idi.

1988-ci ildə Küveytdə doğulmuş Emwazi6 yaşında ikən ailəsi ilə birlikdə Britaniyaya köçmüş, Londonda kompüter mütəxəssisi təhsili almışdı.

Reuters agentliyi xəbər verir ki, ABŞ və Britaniya missiyaları onun “ovu” ilə aylarla məşğul olsalar da, cihadçını raketlə vurmaq imkanı yalnız ötən noyabrda yaranıb.

ABŞ rəsmiləri bildiriblər ki, Pentaqonun iki, Britaniyanın isə bir MQ-9 dronları daim Raqqa üzərində pusquda uçuşurmuş.

Günün bütün mövzuları

XS
SM
MD
LG