Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:00

İraq Türkiyəni hərbi güclə hədələyib


İraqın baş naziri Haidar Al-Abadi Türkiyədən qoşunların dərhal çıxarılmasını tələb edib
İraqın baş naziri Haidar Al-Abadi Türkiyədən qoşunların dərhal çıxarılmasını tələb edib

Bağdad bəyan edib ki, Türkiyə hərbçiləri İraq ərazisindən çıxmazsa, hərbi gücə əl ata bilər

İraqın baş naziri Türkiyəni onun ərazi bütövlüyünə hörmət etməyə çağırıb, lakin xəbərdarlıq edib ki, Türkiyə əsgərləri ölkənin şimalından çıxarılmazsa, Bağdad öz suverenliyinin müdafiəsi üçün hərbi gücdən istifadə edə bilər.

İki ölkə arasında diplomatik çəkişmə, Türkiyə bu ay 150-dək əsgəri Mosul yaxınlığındakı Başiqa məntəqəsinə göndərdikdən sonra başlanıb.

Türkiyə İraqdakı qoşunlarını yalnız qismən çıxarıb
Türkiyə İraqdakı qoşunlarını yalnız qismən çıxarıb

Ankara bildirir ki, bu hərbçilər orada İŞİD-ə qarşı döyüşən İraq qüvvələrinə təlim keçirlər.

Bağdad hazırda İraqın şimal ərazilərinə demək olar ki, nəzarət edə bilmir.

İraq qoşunları Ninəva əyalətindəki mövqelərini 2014-cü ilin iyununda itiriblər. O vaxtdan bəri Mosul şəhəri özünü İslam Dövləti adlandıran təşkilatın nəzarətindədir.

İraqın baş naziri Haider al-Abadi türkiyəli həmkarı Ahmet Davutoğlu ilə telefon söhbətində deyib ki, Ankara qoşunları İraq ərazisindən çıxarmaq barədə verdiyi vədə əməl etməlidir.

Ankara etiraf edib ki, qoşunların İraqın şimalında yerləşdirilməsi məsələsi barədə Bağdadla danışıqlarda anlaşılmazlıq baş verib.

Türkiyə İraqdakı qoşunların yalnız bir hissəsini bu ölkədən çıxarıb. Türkiyə əsgərləri İraqın şimalındakı muxtar Kürdüstan regionunda yerləşdirilib.

Hədə, təbrik, məsləhət

Prezident Recep Tayyip Erdoğan bundan əvvəl bəyan etmişdi ki, Türkiyə hərbi qüvvəsinin İraqdan tam heyətdə çıxarılmasından söhbət belə gedə bilməz.

Ahmet Davutoğlu Bağdada “əgər hərbi gücü varsa, ondan İŞİD-ə qarşı istifadə etməyi” məsləhət görüb

Vaşiqnton öz növbəsində Ankaraya qoşunun çıxarılmasını tövsiyə edib.

Bağdadın hədələrinə cavab verərkən Türkiyə baş naziri Ahmet Davutoğlu deyib ki, İraq öz ərazisinin üçdə birinə nəzarət edə bilmir. O Bağdada “əgər hərbi gücü varsa, ondan İŞİD-ə qarşı istifadə etməyi” məsləhət görüb.

Eyni zamanda Türkiyə baş naziri Abadini İraq qoşunlarının Ramadini İŞİD-dən geri alması münasibətilə təbrik edib.

Bundan bir gün əvvəl İraqın xarici işlər naziri İbrahim al-Jaafari demişdi ki, Bağdad Ankara ilə münasibətlərdə mümkün diplomatik vasitələrdən istifadə edir, lakin bütün variantları açıq saxlayır.

“Əgər biz öz suverenliyimizi qorumağa məcbur edilsək, döyüşməli olacağıq” – deyib nazir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG