Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:00

Ankara Bağdadın “qoşunları çıxarmaq” tələbini rədd edib


Bağdad, Türkiyə qoşunları İraq ərazisindən 48 saat ərzində çıxarılmazsa, BMT-yə müraciət edəcəyi ilə hədələyib.

Bağdad, Türkiyə qoşunları İraq ərazisindən 48 saat ərzində çıxarılmazsa, BMT-yə müraciət edəcəyi ilə hədələyib.

Türkiyə ötən həftəsonu İraqın şimalındakı Mosul şəhəri yaxınlığındakı əraziyə əsgəri qüvvə və zirehli texnika yeritmişdi. Ankara elan etmişdi ki, İraqın şimalındakı anti-İŞİD qüvvələrini təlimləndirmək niyyətindədir.

İraqın baş naziri Haidar Al-Abadi Türkiyə qoşunlarının 48 saata çıxarılmasını tələb edib
İraqın baş naziri Haidar Al-Abadi Türkiyə qoşunlarının 48 saata çıxarılmasını tələb edib

Bağdad Türkiyənin müdaxiləsinə etiraz etmiş və bildirmişdi ki, Ankaranın hərəkəti İraqın suverenliyini pozub.

Türkiyənin baş naziri Ahmet Davutoğlu Ankaranın bu qərarını müdafiə edərək deyib ki, əsgərlər İraq ərazisinə rotasiya qaydasında göndəriliblər. Baş nazir izah edib ki, Türkiyə hərbçiləri artıq xeyli müddətdir ki, İraqın sözü gedən hissəsində yerləşdirilib.

Türk əsgərlərinin düşərgəsi İŞİD-in işğalı altında olan Mosulun yaxınlığındakı Başiqa məntəqiəsində yerləşir.

İraqın baş naziri Haider al-Abadi isə bildirib ki, Bağdad Türkiyə qoşunlarının ölkə ərazisindən çıxarılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət də daxil, bütün mümkün vasitələrə əl atacaq.

Nəzakətli rədd cavabı

Cənab Davutoğlu Abadiyə yazdığı məktubda vəd edir ki, İraqa, hazırda orada olduğundan artıq qüvvə göndərilməyəcək. Beləliklə, rəsmi Ankara qoşunların çıxarılmayacağı barədə qərarına sadiq qalıb.

Bəzi məlumatlara görə, Türkiyə İraqdakı əsgəri qüvvəsini və hərbi texnikasını artırmağa çalışır.

Qərb mətbuatı yazır ki, Türkiyə Suriya kürdlərinə düşmən mövqedə olsa da, İraq kürdləri ilə sıx münasibətlərə malikdir.

Ankara əsgəri qüvvənin məhz İraq Kürdüstanı qüvvələrinin təlimləndirilməsi üçün göndərildiyini bildirmişdi.

Bəzi Qərb təhlilçiləri isə bu qənaətdədirlər ki, Ankara İraq kürdləri ilə Suriya kürdlərinin mümkün yaxınlaşmasının qarşısını almağa çalışır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG