Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:45

Türkiyə hərbi birləşməsinin İraqın şimalından çıxarılması ilə bağlı Bağdadın tələbini rədd edib.

Türkiyənin xarici işlər naziri Movlud Cavusoglu iraqlı həmkarı Ibrahim al-Jaafariyə telefonla bildirib ki, Ankara hələ ki, quru qüvvələrini İraqın şimalndan çıxarmayacaq.

Qeyd edək ki, Bağdad qüvvələrini çıxarmaq üçün Türkiyəyə dekabrın 8-dək vaxt qoymuşdu.

İraqın baş naziri Haider al Abadi bildirib ki, Türkiyə ordusu ölkənin şimalına icazəsiz girib və əgər geri çəkilməsə bu barədə BMT-nin təhlükəsizlik şurasında məsələ qaldıracaq.

Cavusoglu isə deyir ki, bu qüvvələr dekabrın 3-də Mosul ətrafına ordakı türk əsgərlərini qorumaq və əvəz eləmək üçün göndərilib.

Türkiyə bu qüvvələrin İslam Dövləti qrupu ilə mübarizə aparan yerli kürd və sünni birləşmələrə təlim keçməklə məşğul olduğunu deyir.

Yerli qüvvələr hazırda İslam Dövləti qrupunun əlində olan Mosul şəhərinə hücuma hazırlaşır.

Amma baş nazir Ahmet Davutoglu iraqlı həmkarı Abadiyə göndərdiyi məktubda gələcəkdə İraqa əsgər göndərilməyəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG