Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

Vəkil: "Cahangir Hacıyevin həyatı təhlükədədir"


Cahangir Hacıyev
Cahangir Hacıyev

►Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbərinin səhhətinin pisləşdiyi deyilir

Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin səhhətində ciddi problemin yarandığı bildirilir. Bu barədə onun vəkili Aqil Layicov məlumat verib.

Vəkil Trend-ə bildirib ki, O, mayın 16-da günorta saatlarında 1 saylı Bakı İstintaq təcridxanasında C.Hacıyevlə görüşərkən keçmiş bank rəhbəri qəfildən öünü pis hiss edib:

"Bu gün onunla görüşdüm. Səhhətində ciddi problemlər var. Görüş zamanı qəfildən halı pisləşdi. Ona ilk yardım etdik, bir müddətdən sonra özünə gəldi. Görüşümüz yarımçıq qaldı. Hökmən müalicəyə ehtiyacı var"

Vəkil qeyd edib ki, C.Hacıyevin həyatı təhlükə qarşısındadır. O, xəstəliklərdən əziyyət çəkir:

"Onun ciddi xəstəlikləri var. Son vaxtlar isə bu xəstəliklər onun səhhətinə daha ciddi təsirlər edir. Müalicə olunmasa, onun həyatına təhlükə olacaq. Ürək bir anlıq dayanır və sonradan özünə gəlir. Eyni zamanda onda çox nadir xəstəlik olan Haşimato (boğaz iltihabı.1912-ci ildə Yapon elm adamı Akira Hashimoto tərəfindən müəyyən edildiyi üçün bu ad verilib.- AR). sindromu var. Bu xəstəliklər onun həyatına hər an təhlükə yarada bilər".

____________________________________________________________

Bunlara da bax:
Vəkil: «Cavid Hüseynova residivist kimi yanaşdılar»
Dollar krediti olanlar hələ də güzəşt gözləyirlər...

____________________________________________________________

Vəkil bildirib ki, C.Hacıyevlə görüşü yarımçıq qalıb və o, istintaq təcridxanasının tibb məntəqəsinə yollanıb.

Cahangir Hacıyev ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin iki maddəsi – 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Bankirin vəkillərindən Əfqan Məmmədov ötən həftə C.Hacıyev konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin, demişdi ki, C.Hacıyev mənimsənildiyi iddia olunan vəsaitə görə, bankdakı 80 milyon manat məbləğində səhmlərini artıq geri qaytarıb.

“C.Hacıyev niyə həbs edildiyini başa düşmür. O, istintaqdan gizlənməyib, bütün dindirmələrə gəlirdi. Bunu etdikdə isə onu həbs ediblər. Onu 42 mln. mənimsəməkdə ittiham edirdilərsə, o isə 80 mln. qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir? Kim kimin vəsaitini mənimsəyib?” - deyə vəkil sual etmişdi.

Buna da bax: Camalə Ukraynada qəhrəman kimi qarşılanır (VİDEO)

Camalə Ukraynada qəhrəman kimi qarşılanır (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG