Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:57

-

Səbail Məhkəməsi Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanuni müddətdən artıq saxlanması barədə qərar verib.

Bu haqda onun vəkili Aqil Layıcov məlumat verib.

Vəkil ANSPres-ə deyib ki, Cahangir Hacıyev idarədə qanunla cəmi 10 gün saxlanıla bilərdi:

“Ancaq dekabrın 30-dan yanvarın 21-dək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Bu qanuni deyil. O, idarədə 20 gündən daha çox saxlanıb. Həmin müddət ərzində baş tutan dindirilmələr və proseslər də qanunsuzdur. Məhkəmə də bizim bununla bağlı şikayətimizi qəbul etdi” - deyə vəkil bildirib.

Vəkil Cahangir Hacıyevin işi ilə bağlı bundan sonrakı prosedurlar haqqında danışmayıb.

C.Hacıyevi ötən il dekabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Nərimanov rayon Məhkəməsi dekabrın 5-də onun barəsində 3 aylıq həbs qərarı verib. Sonradan həbs müddəti artırılıb.

Bankir Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (rüşvət) maddələri ilə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG