Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 05:05

"Cahangir Hacıyevin qohumları ölkədən buraxılmır"


Cahangir Hacıyev
Cahangir Hacıyev

►Beynəlxalq Bankın sabiq rəhbərinin vəkili: “Onu 42 milyonu mənimsəməkdə ittiham edirdilərsə, o isə 80 milyon qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir?"

“Ötən ilin dekabrında həbs edilmiş Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin vəkili Əfqan Məmmədov deyib ki, C.Hacıyev 42 milyon manat mənimsəməkdə ittiham olunub. Bu vəsait bankın səhmlərini almaqdan ötrü istifadə olunub və ondan bu ziyanı ödəməyi tələb ediblər. Bununla əlaqədar C.Hacıyev Beynəlxalq Bankın 80 milyon manat məbləğində səhmlərini qaytarıb:

“Həm də bu, təkcə onun deyil, ailə üzvlərinin və digər qohumlarının da səhmləri idi. Qaytarılmış səhmlərin məbləği ona qarşı irəli sürülmüş iddialardan iki dəfə çoxdur. İstintaqla razılaşmaya əsasən, səhmlər qaytarıldıqdan sonra Hacıyevə qarşı iddialar ləğv edilməli idi, amma belə bir şey baş verməyib”

Əfqan Məmmədov bildirib ki, bu, heç də yeganə “sürpriz” deyil:

“Belə ki, müdafiə etdiyim şəxsin sözlərinə görə, məbləği 42 mln.-dan çox olan səhmlər bəzi şəxslərin kredit borclarını ödəmək üçün istifadə olunub. Qalan hissəsinin harada olduğu məlum deyil ”

Əsassız ittiham?

308-ci maddəyə gəlincə, burada ittiham Beynəlxalq Bankın kreditlərinin fiziki şəxslərə verilməsi üzərində qurulub.

Vəkilin deyir : “C.Hacıyev bu ittihama etiraz edir ki, kreditləri şəxsən o deyil, bankın filialları verirdi. Vəsait ayrılması məsələsini Kredit Komitəsi həll edib və Bankın İdarə Heyətinin bütün üzvləri tərəfindən təsdiq edilməsi üçün təqdim edirdi. Yalnız bundan sonra kredit verilirdi.

Bundan başqa, ayrılmış bütün kreditlər konkret layihələr üçün istifadə olunub ki, onlar mövcuddur və həyata keçirilir”.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycanın birinci ailəsinin şəxsi Londondakı mülklərinin siyahısı
S.Novruzov: «AXCP qurultayında saxtakarlıq olub»

____________________________________________________________

C.Hacıyevi 38 gün təcrid vəziyyətində saxlayıblar

Vəkil deyir ki, C. Hacıyev niyə həbs edildiyini başa düşmür:“Müştərim niyə həbs edildiyini başa düşmür. O, istintaqdan gizlənməyib, bütün dindirmələrə gəlirdi və ondan tələb olunan hər şeyi yerinə yetirib. Bunu etdikdə isə onu həbs ediblər. Onu 42 mln. mənimsəməkdə ittiham edirdilərsə, o isə 80 mln. qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir? Kim kimin vəsaitini mənimsəyib?”

Əfqan Məmmədovun deməsinə görə, Cahangir Hacıyev həmçinin vəsait qaytarıldıqdan sonra ona qarşı bu qədər sərt münasibəti “başa düşmür”:

“Belə ki, o, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. Burada onu 38 gün təcrid vəziyyətdə saxlayıblar.Heç kimlə hər-hansı əlaqə yaratmasına icazə verməyiblər”.

Hazırda C.Hacıyev Kürdəxanı Təcridxanasında saxlanılır və sözügedən ittihamlara əsasən onu 12 ilədək həbs cəzası gözləyir.

“Ən maraqlısı bundadır ki, istintaq zamanı Hacıyev Beynəlxalq Bankdan kredit alan şəxslərin konkret adlarını açıqlayıb. Lakin bu şəxslərdən heç kim istintaqa çağırılmayıb. Amma istintaqın məntiqinə əsasən, Hacıyev mənimsəmədə ittiham olunsa, bu insanlar mənimsəmə faktının iştirakçılarıdır.

Mənimsəmə olubsa, necə olur ki, onun bir iştirakçısını həbs edirlər, digərlərini isə məsuliyyətə cəlb etmirlər?”, deyə vəkil sual edib.

Bankirin qohumlarına qapılar bağlanıb

C. Hacıyev adını verdiyi şəxslərin çağrılıb dindirilmədiyini haradan bilir? – sualına cavabda vəkil deyib ki, bu halda faktla əlaqəsi olan hər kəs üzləşdirilməli idi. Amma belə üzləşdirmələr olmayıb.

İrəli sürülmüş ittihamların nə dərəcədə əsaslı olduğu haqqında suala cavabda isə vəkil bildirib ki, mənimsəmədən söhbət gedə bilməz. Sui-istifadə haqqında danışmağa da əsas yoxdur. “Bu, cinayət işi deyil, sırf mülki işdir və bu rakursda baxılmalıdır. Cinayət xarakterli əməl yoxdur, iş tövsif edilməlidir”, deyə vəkil qeyd edib.

Sonda vəkil əlavə edib ki, Cahangir Hacıyevin bəzi qohumlarının da hüquqları pozulur, onların xaricə getməsi qadağan olunub.

Əfqan Məmmədov bu yaxınlarda Hacıyevin müdafiəsinə başlayıb və istintaq materiallarını əldə etməkdən ötrü istintaqa müraciət etmək niyyətindədir. Vəkil iş üzrə istintaqı prokurorluğun deyil, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin aparması ilə bağlı da təəccübünü bildirib. “Bu, Hacıyevin həbsinin əvvəlcədən planlaşdırıldığını göstərir”, vəkil qeyd edib.

Cahangir Hacıyev ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin iki maddəsi – 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Buna da bax: Amerika tankları Gürcüstanda

ABŞ hərbi texnikası Gürcüstandadır
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

DINLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun Radio proqramında (10 may)

Qadın döyüşçülərin Qarabağ xatirələri
Qafqazın ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun ölümündə doğrudanmı Mircəfər Bağırovun əli olub?

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (10 may)

Müəllimlərin maaşı yeni qayda ilə hesablanacaq

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG