Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:23

BMT: Obama-Putin. Kim nə deyib?


Prezidentlər Obama və Putin BMT ziyafətində

Prezidentlər Obama və Putin BMT ziyafətində

BMT Baş Assambleyasının sessiyasında etdikləri çıxışlarında Birləşmiş Ştatların və Rusiyanın liderləri aralarındakı ixtilaf və yaxınlaşma imkanlarının cizgilərini təqdim ediblər.

BMT Baş Assambleyasının sessiyasında etdikləri çıxışlarında Birləşmiş Ştatların və Rusiyanın liderləri aralarındakı ixtilaf və yaxınlaşma imkanlarının cizgilərini təqdim ediblər.

Barack Obama və Vladimir Putin-in BMT Baş Assambleyasındakı çıxışları dünya ictimaiyyəti tərəfindən səbirsizliklə gözlənirdi. Çünki bu çıxışlar qarşı duran iki dünya baxışının qlobal problemlərə münasibətlərini açıqlamalıydı.

Çıxışların əsas məqamlarına diqqət yetirək.

Obama ad çəkib, Putin yox

Təhlilçilər belə bir nöqtəyə diqqət yetirirlər ki, Barack Obama öz çıxışında bir neçə dəfə Rusiyanı Krımın ilhaqına və Ukraynanın suverenliyinə qarşı təcavüzə, habelə Suriyada prezident Assad-ın müdafiəsinə yönələn siyasətinə görə açıq şəkildə tənqid edib.

Vladimir Putin-sə, “bir güc mərkəzi deyərkən” Amerikanın adını çəkməyib, lakin Assad məsələsində Rusiyanın əsas məqsədinin rejimi qoruyub saxlamaq olduğunu etiraf edib. Hərçənd bunu onunla izah edib ki, cənab Assad guya sabitliyi təcəssüm etdirir.

Əslində, Rusiya prezidenti Assad-ın müdafiəsində onu dəstəkləməyə çağırıb. Deyib ki, İslam Dövləti adlanan təşkilatla həqiqətdə yalnız Assad qüvvələri döyüşürlər.

Daha geniş koalisiya

Vladimir Putin İslam Dövləti qruplaşmasına qarşı mübarizənin BMT Təhlükəsizlik Şurası tərəfindən əlaqələndirilməsini təklif edib. ABŞ və onun Qərb müttəfiqlərinin bu təklifə münasibəti hələlik bəlli deyildir.

Putin izah etməyə çalışıb ki, islamçılara qarşı mübarizə Avropanın və Rusiyanın ortaq marağındadır.

O deyib ki, “heç kim cinayətkarların qayıdıb vətənlərində şər əməllər törətməsini istəmir”.

"Amerikaya ölüm" şüarı çörək vermir

Barack Obama öz çıxşında Assad-ı müdafiə etdiklərinə görə İran və Çini də günahlandırıb.

“Amerikaya ölüm” şüarı yeni iş yerləri yaratmır və ya İranı daha təhlükəsiz etmir” – deyib Obama.

Bununla yanaşı, prezident Obama öz çıxışında vurğulayıb ki, Birləşmiş Ştatlar, Rusiya və İran da daxil bütün ölkələrlə işləməyə hazırdır.

Az sonra Vladimir Putin və Barack Obama arasında təkbətək görüş gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG