Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Putin Suriya planlarından danışır


BMT-də Putin-ə etiraz aksiyasında plakatlardan biri

BMT-də Putin-ə etiraz aksiyasında plakatlardan biri

-

Rusiya prezidenti Vladimir Putin deyir ki, ölkəsinin “hal-hazırda” Suriyaya döyüşməyə əsgər göndərmək planları yoxdur, ancaq Suriya hökumətini dəstəkləməkdə davam edəcək.

Rusiya lideri ABŞ-ın Suriya üsyançılarına hərbi dəstəyini də kəskin tənqid edib, bu yardımı nəinki qanunsuz, hətta əks-təsir yarada biləcək amil adlandırıb.

Putin-in müsahibəsi sentyabrın 27-də Prezident Barack Obama ilə görüşündən öncə yayılıb.

İki prezident BMT Baş Assambleyasının iclası çərçivəsində, dünya liderlərinin illik toplantısından sonra görüşəcəklər.

Rusiyanın Suriyada hərbi qüvvələrini artırması Vaşinqtonun narahatlığına səbəb olub. Putin və digər rəsmilər yalnız onu deyiblər ki, Suriya prezidenti Bashar al Assad ordusuna İslam Dövləti ekstremist qruplaşmasına qarşı mübarizədə silah verir və təlim keçirlər.

Rusiya döyüş qüvvəsi göndərə bilərmi sualına Putin əvvəllər belə cavab verib ki, bütün variantlara baxılır. “Rusiya Suriya və ya hansı başqa dövlətin ərazisində döyüş əməliyyatlarında iştirak etməyəcək. Azından hal-hazırda belə bir planımız yoxdur,” Putin CBS kanalının “60 dəqiqə” (“60 Minutes”) verilişinə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG