Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:59

“ABŞ Suriya münaqişəsinin həllində istənilən ölkə ilə əməkdaşlığa hazırdır”.

Bunu ABŞ prezidenti Barack Obama sentyabrn 28-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sesiyasında deyib.

O xüsusilə Rusiya ilə İranın bu münaqişədə roluna toxunub, amma qeyd edib ki, Suriya müharibədən əvvəlki vəziyyətə, statusa qayıda bilməz:”Etiraf eləməliyik ki,

Bu qədər amansızlıq və qan tökülməsindən sonra müharibədən əvvəlki dövrə qayıtmaq olmaz”.

Obama Suriya prezidenti Bashar Assadı qəddar hökmdar adlandırıb və qeyd edib ki, İslam Dövləti ğqrupu ilə mübarizədə səylər Assadın möhkəmlənməsinə səbəb olmamalıdır.

Onama həmçinin bildirib ki, dünya Rusiyanın Ukraynanın suverenliyi və bütövlüyünü pozmasına biganə qala, kənardan baxa bilməz.

Amma o qeyd edib ki, Vaşinqton Rusiyanın təcrid vəziyyətdə qalmasını istəmir.

Obama qeyd edib ki, o Rusiyanın Ukrayna münaqişəsinin diplomatik yolla həllinə qarışmasını istəyir, hansı ki, bu Ukrayna xalqının öz gələcəyini özü həll eləməsinə imkan açır.

Sentyabrın 28-də sesiya çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü gözlənilir.

Görüşdə əsasən Suriyadakı vəziyyət və Ukrayna münaqişlərinin müzakirə olunacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG