Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:31
raxiv fotosu
raxiv fotosu

AzadliqLive - Samvel Babayan deyir ki, nə beynəlxalq aləmin razılığı 

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

12:18 23.5.2016

"Qərb müharibə istəmirsə..."

“Yeni Müsavat” qəzeti Qarabağ münaqişəsinin həll yollarını ekspertlərlə müzakirə edib. Azərbaycanın Rusiyada keçmiş səfiri, politoloq Hikmət Hacızadə bu məsələnin hərb yolla həllini qeyri mümkün hesab edən beynəlxalq vasitəçilərin mövqeyini tənqid edib: “Qərbi götürsək, onların marağı enerji layihələrinə köklənib. Onlar istəmirlər ki, müharibə başlasın və neft kəmərlərinə risk yaransın. Əgər müharibə istəmirlərsə o zaman Ermənistana təzyiq göstərilməlidir ki. işğal etdikləri torpaqlardan geri çəkilsinlər”. Media icmalı

12:22 23.5.2016

Bakının Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə yanğın söndürülüb

12:24 23.5.2016

Binali Yıldırım : "ölkəyə prezident üsul-idarəsi lazımdır"

Mayın 22-də partiya başqanı seçilən Binali Yıldırım, həm də yeni baş naziri kimi yeni hökumət yaratmalı olacaq. O,prezident Erdoganın hakimiyyətini gücləndirəcək konstitusiya düzəlişlərinə çağırıb və qeyd edib ki,bu gün ölkəyə prezident üsul-idarəsi lazımdır. Hazırda Türkiyədə parlament sistemidir.

Türkiyədəki hakim partiyanın yeni lideri Binali Yıldırım şıxış edəndə səsi batdı
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

12:36 23.5.2016

Xaricdə təhsil alanlara hərbi çağırışdan möhlət

Xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) dəyişiklik edilir. Maddənin 1.5-ci hissəsinə edilən dəyişikliyə əsasən, “xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək” möhlət hüququ veriləcək. Bu hissənin hazırda qüvvədə olan variantı isə belədir: “Xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək”.

Bundan sonra xarici ölkə təhsil müəssisələrində təhsil alanlar üçün hərbi çağırışdan möhlət hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən tərtib olunmuş xarici ölkə təhsil müəssisələri siyahısına ehtiyac qalmır.

Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Davamı

XS
SM
MD
LG