Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:24

Xəbər verildiyi kimi, Bakının Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə yanğın baş verib.

APA-nın xəbərinə görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Məktəbdəki şagird və müəllimlər təxliyə edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb.

Bakı Şəhər üzrə Təhsil İdarəsi məktəbdəki yanğınla bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, bu gün saat 09.10 radələrində Bakı şəhərində yerləşən Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin bir korpusunun dəhlizində yanğın baş verib.

İdarənin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə olan bütün şagird və müəllimlər, texniki heyət təxliyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub və yanğın artıq söndürülüb. Xəsarət alan yoxdur.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.

Hələlik, Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG