Dağlıq Qarabağın keçmiş müdafiə naziri Samvel Babayan deyir ki, beynəlxalq aləmin razılığı??
Samvel Babayan uzun müddət Rusiyada yaşayıb. Ermənistandakı ümumi fikrə görə, o,Ermənistanı maliyyə problemləri yarandığına görə tərk etmişdi. İndi onun qayıtmağı hakimiyyətdə müəyyən narahatlıq doğurub. Bu narahatlığa səbəb onun Qarabağ məsələsində müəyyən fikirləridir və bir də ki, Rusiyadan gəlməyidir. Ermənistanda narahatdırlar ki, o, Rusiyanın adamıdır.
Daha bir NİDA-çı saxlanıb
NİDA Vətəndaş Hərəkatının daha bir üzvü Anar Abdullanın saxlandığı bildirilir. Bu barədə AzadlıqRadiosuna vəkil Şəhla Hümbətova məlumat verib.
«Vəkili kimi məni Nərimanov rayon 18 saylı Polis Bölməsində saxlanan, müdafiə etdiyim şəxslə, Anar Abdulla ilə görüşməyə qoymurlar»,-vəkil Ş.Hümbətova qeyd edib.
Yunan arxeloq Aristotelin məzarını tapdığı bildirir
20 ildir ki, Yunanıstanın şimalında - Yunanıstan Makedoniyasında qazıntı aparan arxeoloq bildirib ki, "onun fikrincə, Aristotelin məzarını tapıb". Bunu New York Times qəzeti yazır. Məzar Salonikidən 40 km aralıda yerləşən Stagira kəndindədir. Məlum olduğu kimi Aristotel məhz burda anadan olub.
Salonikidə mətbuat konfransında arxeoloq Konstantinos Sismanidis deyib ki, məzarın Aristotelə mənsub olmasının tam sübutu yoxdur, "ancaq çox güclü əlamətləri var".
Savchenko prezident olmağa hazırdır
Nadejda Savchenko deyir ki, prezident olmağa hazırdır: "ukraynalılar, siz istəyirsiniz ki, prezident olum? Yaxşı, mən prezident olaram. Sadəcə olaraq mən inanmıram ki, bizim insanlar yarmadan başqa nəyəsə səs verəcəklər"
Bunu Savchenko mayın 27-də mətbuat konfransında bildirib.
O əlavə edir ki, onun özü prezident olmaq istəmir. Ancaq lazım gəlsə, prezident olacaq.
Savchenko deyib ki, Ukraynanın orientasiyası Avropayadırsa, onda hər bir ukraynlaı Avropada olmalıdır.