-
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə NİDA Vətəndaş Hərəkatının fəalı Anar Abdullaya 10 sutka inzibati cəza verildiyi deyilir.
Bu barədə NİDA Vətəndaş Hərəkatından bildiriblər. Məlumatda qeyd edilir ki, gənc fəal polisə müqavimət göstərməkdə təqsili bilinir.
NİDA saxlanmasından öncə “Kanal13” inetrnet televiziyasında onun video müsahibəsini yayımlayıb. A. Abdulla müsahibəsində qeyd edib ki, mayın 24-dən etibarən yaşadığı evin ətrafında bir qrup polisin cəmləşdiyini görüb. Üstəlik, O, hər hansı cinayətə yol vermədiyini.deyir. Həbs olunarsa bunun siyasi sifariş olacağını vurğulayır.
Bu gün günorta bəlli olmuşdu ki, A. Abdulla saxlanılaraq Nərimanov Rayon 18 saylı Polis Bölməsinə gətirilib.
Anar Abdulla son həftələrdə saxlanılan artıq 5-ci gənc fəaldır. Buna qədər NİDA-nın digər fəalı Bayram Məmmədov və Qiyas İbrahimov saxlanaraq həbs ediliblər. Narkotikdə ittiham edilən gənclər haqqında məhkəmə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Bu gənclərin, əslində, keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılması ilə bağlı həbs edildiyi bildirilir.
Bundan başqa, fotoreportyor Elnur Muxtar və NİDA-nın başqa bir üzvü Amid Süleymanov da saxlanıblar. Onlara da 10 sutka inzibati cəza verildiyi bildirilir.
Bu iki gənclərin rəsmi saxlanma səbəbi isə açıqlanmayıb. Ancaq onların da heykəlin üzərinə yazılan şüarla bağlı saxlandıqları güman edilir.