Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:35

-

Fotoreportyor Elnur Muxtarın da 10 sutka inzibati cəza aldığı bildirilir. Bunu gəncin yaxınları AzadlıqRadiosuna da təsdiq ediblər. Ancaq bir gün əvvəl Elnur Muxtarın qohumları bu mövzuda danışmaq istəməmişdilər.

Mayın 25-də NİDA Vətəndaş Hərəkatının üzvü Amid Süleymanovun da 10 sutka alması ilə bağlı xəbər yayılmışdı. Hər iki gənci mayın 25-i polis saxlayıb. Ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidməti gənclərin saxlanmasının səbəbləri ilə bağlı açıqlama vermir.

Bu, son 15 gün ərzində artıq saxlanılan 4-cü gənc fəallardır. Buna qədər NİDA-nın digər fəalı Bayram Məmmədov və Qiyas İbrahimov saxlanaraq həbs ediliblər. Narkotikdə ittiham edilən gənclər haqqında məhkəmə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Bu gənclərin, əslində, keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılması ilə bağlı həbs edildiyi bildirilir.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Hər il mayın 10-da keçmiş prezident Heydər Əliyevin doğum günü ölkədə təntənəli şəkildə qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG