Atəşkəs 117 dəfə pozulub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.
Məlumatda həmçinin qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı kəndi, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən isə Tovuz rayonunun Ağdam kəndi atəşə tutulub.
Vaxtı keçən kreditlər artır
Fevralda Azərbaycanda vaxtı keçmiş kreditlər 1 milyard 329.5 milyon manata çatıb - Mərkəzi Bank.
"Bu il ən bahalı gül bayramı ola bilər"
10 May Gül Bayramına hazırlıq gedir
Qərb mediası Dağlıq Qarabağı müzakirə edir
Startfor:«Son əməliyyatlar Ermənistanın geosiyasi mövqeyinin həsəd doğurmadığını üzə çıxardı. Rusiya ilə dəyərli ittifaqı son günlər köməyinə çatmadı. Ancaq Yerevanın üz tutacağı kimsə də yoxdur. Türkiyə Azərbaycanla birlikdədir. Qərb də Rusiyayla qarşıdurmaya meylli deyil. Gürcüstanda da oxşar passiv mövqe seçib. İranla ticari və siyasi əlaqələr rol oynaya bilər, ancaq hazırda Tehran Qafqazda Rusiyaya meydan oxumaq gücündə deyil». Qərb Mediasının Dağlıq Qarabağdan yazdıqları. İcmal.