Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:16

-

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.

Məlumatda həmçinin qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı kəndi, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən isə Tovuz rayonunun Ağdam kəndi atəşə tutulub.

Habelə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu bildirilir.
Bundan başqa, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Yusifcanlı və Mərzili kəndlərinin də atəşə tutulduğu qeyd edilir.

Məlumatda bildirilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonunun da bir sıra məntəqələri atəş altında qalıb. Nazirliyin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG