Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 02:22
Bakı suvenirlər
Bakı suvenirlər

AzadlıqLive - Azərbaycanda cəmi 30-40 misgər qalıb

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:12 4.1.2016

Tofiq Zülfüqarov: «XİN-də böhran yetişib…»

«Başa düşmək lazımdır ki, XİN-in avtoriteti toxunulmaz olmalıdır. Çünki bu nazirlik milli və dövlət maraqlarını qoruyur. XİN-dəki situasiya ictimaiyyətin müzakirəsinə açıla bilməz. XİN haqda çox danışırlarsa və yazırlarsa, deməli, bu strukturda böhran yetişib. Mən həyatımın xeyli hissəsini bu nazirliyə həsr etmişəm. Müstəqilliyin ilk günlərindən orada işləmişəm, milli maraqların təmin olunması üçün çox enerji sərf etmişəm. Ona görə də indi orada baş verənləri ağrı hissi ilə izləyirəm».

Bunu virtualaz.org saytına müsahibəsindəkeçmiş xarici işlər naziri, Azərbaycanın Latviyadakı keçmiş səfiri Tofiq Zülfüqarov deyib.

13:20 4.1.2016

Səudiyyə-İran gərginliyi: neft bahalanır

Əsas neft istehsalçılarından olan Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri pisləşdikcə, neftin qiyməti qalxır. Səudiyyə Tehrandakı səfirliyinin yandırılmasına cavab olaraq bazar günü İranla diplomatik münasibətləri kəsib. Gərginlik isə Ər-Riyadda tanınmış şiə ruhanisinin edamından başlayıb.

«Reuters» agentliyi xəbər verir ki, bazar ertəsi «Brent» markalı neft 1 dollardan çox bahalanıb, barreli 38.50 dollara bərabərləşib. Qərbi Texas nefti isə (WTI) 77 sent, yaxud 2.08 faiz bahalanıb və barreli 37.81 dollar olub.

Neft treyderləri məhz Səudiyyə ilə İran arasındakı böhranın qiymətlərin qalxmasına səbəb olduğunu bildirir. Bu arada İran sanksiyalar qalxandan sonra neft ixracını da artıracağına ümid edir.

14:00 4.1.2016

Daşa vergi 4 dəfə artıb

Yanvarın 1-dən Azərbaycanda mədən vergisi dərəcələri artıb. Artım ən çox mişar daşındadır. Ötən il 1 kubmetr mişar daşı üçün 50 qəpik vergi ödənilirdisə, indi bu, 2 manat olub. Ən az artım isə yarımqiymətli bəzək daşları və duzda olub. Təqribən 1.5 dəfə.

Karxana sahibləri vergi dərəcələrinin artırılmasını onların fəaliyyətlərinə ikinci zərbə sayırlar.

15:28 4.1.2016

Balakəndəki partlayışla bağlı cinayət işi açılıb

Yanvarın 4-də Balakəndə “Azəryem Sənaye” MMC-yə məxsus zavodun qazanxanasında baş verən partlayışla bağlı cinayət işi açılıb.

Cinayət işi Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə başlanıb.

Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Davamı

XS
SM
MD
LG