Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:14

Heydər Əliyev Şirvanşah I Xəlilullahın sarayında


Portrait of Heydar Aliyev Shirvanshah`s Palace in Baku, Azerbaijan. 7dec2016
Portrait of Heydar Aliyev Shirvanshah`s Palace in Baku, Azerbaijan. 7dec2016

Söhbət Bakıdakı 12-16-cı əsrlərə aid Şirvanşahlar Sarayının zallarının birində Heydər Əliyevin şüşədən asılmış iri fotosu, ətrafındakı fotostenddən gedir.

Azərbaycanda keçmiş prezident Heydər Əliyevin adına küçə, prospekt, hava limanı, saray, məscid olduğunu hamı bilir. Çoxsaylı Heydər Əliyev muzeyləri, mərkəzləri də indi çoxlarını təəccübləndirmir. Ayrı-ayrı dövlət binalarının, məktəb və universitetlərin qarşısında, içində heykəlləri, fotoları da qoyulur. Ancaq tarixi abidə, həm də orta əsrlərə aid tarixi abidədə mərhum prezidentin iri fotosu həm də təəccüb doğurur.

Buna da bax:​ Şirvanşahlar Sarayı, beşulduzlu otel, bir də Kübra nənə

"Heç bir əndazəyə sığmır"

Tarixçi Yadigar Sadıqlı deyir ki, tarixi və muzeylərin tərtibatı baxımından keçmiş prezident Heydər Əliyevin fotosunun Şirvanşahlar Sarayına vurulması yolverilməzdir:

Yadigar Sadıqlı: 'Onsuz da muzey dövlət məmurunun tapşırığı ilə təmir olunur'
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00
Direct-ə keçid

"Belə bir saray həmin dövrü xatırlatmalıdır. Ancaq Azərbaycan reallığı ilə baxanda bu, hər gün qarşılaşdığımız məmurların özlərini yaxşı göstərmək cəhdinin nəticəsidir. İnanmıram ki, hansısa ölkədə belə bir şeyə rastlamaq mümkün olsun. Təsəvvür edin ki, İstanbuldakı Topqapı Sarayında Erdoğanın şəkli vurulur. Tamamilə yolverilməz bir haldır. Heç bir əndazəyə sığmır".

Buna da bax:​ Heydər Əliyevin portretləri yığışdırılır?

Bakı Şirvanşahlar sarayı
Bakı Şirvanşahlar sarayı

Heydər Əliyev bura qədəmlərini basıb, bu da tarixdir

Şirvanşahlar Sarayının direktoru Rəna Rzayeva AzadlıqRadiosu-na burda təəccüblü heç nə olmadığını söyləyir. Onun sözlərinə görə, sarayın təmir olunmasında Heydər Əliyevin birbaşa xidməti var. Ona görə keçmiş prezident mütləq xatırlanmalıdır:

"Bəli, axırıncı zalda Heydər Əliyevin portreti var. Görüşləriylə bağlı fotoları da var. Zalda, içəridə Şirvanşahlar Sarayından ayrı-ayrı fotolar, oturacaq nümayiş olunur. Amma zal çoxdur, onları doldurmaq lazımdır. Bizim saxlanclarda Şirvanşahlara aid material çox deyil. O vaxtlar qazıntı zamanı nə tapılıb, biz onları üstə qoymuşuq. Bizim iki tariximiz var. Biri Şirvanşahların tarixi, biri də muzeyin öz tarixi. Ayrı-ayrı zallarda o tarixi də həkk eləyirik. Heydər Əliyev burda Şirvanşahlar Sarayının yuxarı həyətində bizim xadimlərlə görüş keçirmişdi – bu, bizim tariximizdir. Bura gəlmişdi, qədəmlərini basmışdı, bu da tarixdir. Təkcə portreti deyil, Şirvanşahlar Sarayının necə dağılması, indiki durumuyla bağlı görüntü də var, həmin görüşdə göstərilmişdi. Bu, muzeyimizin tarixidir. Gərək onu da camaata göstərək".

Rəna Rzayeva: 'Bəli, axırıncı zalda Heydər Əliyevin portreti var'
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Buna da bax:​ İlham Əliyev: “Heydər Əliyev Mərkəzinin yerində yüz ildən artıq fəaliyyət göstərmiş köhnə zavod yerləşirdi...”

Tarixçi Yadigar Sadıqlısa deyir ki, onsuz da hansısa muzey, mədəniyyət ocağı dövlət məmurunun tapşırığı ilə təmir olunur: "Bu o demək deyil ki, həmin məmurların şəkli muzeylərə vurulmalıdır. Bu, absurddur".

"Elə bilirlər ki, bununla hakimiyyətə xidmət edirlər"

Sənətşünas Ziyadxan Əliyevin fikrincə, əgər abidənin bərpasında Heydər Əliyevin xidmətini göstərmək istəyirdilərsə, bunu elan kimi sarayın çölünə də vurmaq olardı:

"Abidənin bayırında elan vurmaq olardı ki, filan ildə bu abidə bərpa olunub. Bunun artıq kimin hakimiyyəti dövrünə düşdüyü bilinəcəkdi. Ancaq memarlıq abidəsinə vurmaqla memarlıq aurasına xələl gətirmiş olur. Bəzi məmurlar kiməsə xoş gəlməkdən ötrü belə edir, elə bilirlər ki, bununla hakimiyyətə xidmət edirlər".

Ziyadxan Əliyev: 'Bəzi məmurlar kiməsə xoş gəlməkdən ötrü belə edirlər'
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00
Direct-ə keçid

Buna da bax:​ Şirvanşahlar Sarayı Kompleksinin yeni müasir muzey ekspozisiyası yaradılıb

Şirvanşahlar Sarayı XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilib. Saray 1964-cü ildən qoruq kimi fəaliyyət göstərir. 2000-ci ildən Şirvanşahlar Sarayı UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınıb. 2000-ci illərdəki əsaslı təmir-bərpa işlərindən sonra saray müasir görkəm alıb. Bu da tarixçilərin narazılığına səbəb olub.

Sarayın direktoru Rəna Rzayeva bu fikirlə də razı deyil. Direktor deyir ki, bərpadan sonra hər hansı tarixi abidənin görkəmi, istər-istəməz, müasirləşir: "Bərpa olunandan sonra bir az müasir görünəcək də, bəs necə. Təmizlik işləri aparılıb, qara, tökülmüş daşlar əvəzlənib. Bir az müasir görsənəcək. Başqa yerlərdə də elədir".

Buna da bax:​ Yevlaxda keçmiş prezident Heydər Əliyevin ev boyda portreti

Bakı Şirvanşahlar sarayı
Bakı Şirvanşahlar sarayı

2015-ci ildə "The Telegraph" qəzeti "Avropanın ən qədim şəhərləri siyahısını dərc etmişdi. Həmin siyahıda qonşu Gürcüstan və Ermənistandan şəhərlər olsa da, Azərbaycandan heç bir şəhər salınmamışdı. Tarixçi tədqiqatçılar bunun bir səbəbini qədim ərazilərdə bərpa işləri zamanı beynəlxalq standartlara əməl olunmaması, qədim formanı saxlamaqdansa, çox müasir elementlərlə bərpaya üstünlük verilməsiylə izah edir.

Buna da bax:

Şamaxıda tapılan və itirilən Şirvanşahlar sarayı
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG