Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:25

Şirvanşahlar Sarayı Kompleksinin yeni müasir muzey ekspozisiyası yaradılıb


Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyası
Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyası
-
Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin ekspozisiyası yenidən qurulub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, yeni ekspozisiyada ayrı-ayrı fondlarda saxlanılan dəyərli maddi-mədəniyyət nümunələri nümayiş olunur.

DÜNYA STANDARTLARINA UYĞUN MÜASİR MUZEY EKSPOZİSİYASI

Şirvanşahlar Sarayı Kompleksi tarixində ilk dəfə qonaqları dünya standartlarına cavab verən müasir muzey ekspozisiyası ilə qarşılayır.

Ekspozisiyanın hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılıb, müvafiq məlumatlar toplanaraq sistemləşdirilib.

Ekspozisiyanın yaradılmasına yerli və xarici mütəxəssislər cəlb olunub.

KEÇMİŞ QORUNUB, MÜASİR ELEMENTLƏR ƏLAVƏ OLUNUB

Ekspozisiyada keçmişi qorumaqla müasir elementlərdən də istifadə edilib.

Bu məqsədlə videoproyeksiya, animasiyalı multimedia, audio və video təqdimatlardan da geniş istifadə olunub.

Qonaqlar ilk dəfə multimedia bələdçilərindən faydalana bilirlər.

Muzeydə dövrün şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular da təqdim olunur.

3D FORMATLI TAXTIN ELEKTRON GÖRÜNÜŞÜ

Bundan əlavə, taxt-tac salonunda 3D formatında taxtın elektron görünüşü vardır.

Yaxın vaxtlarda taxtın maketi də hazırlanıb qoyulacaq.

Ekspozisiyanın təqdimatı, muzeydə nümayiş olunan eksponatlar və videomateriallar Şirvanşahlar dövründəki ab-havanı, interyer elementlərini təsəvvür etməyə imkan yaradır.

KOMPLEKS GENİŞLƏNDİRİLİB—ANİMASİAYALI MODEL MARAQ DOĞURUR

Yeni muzey ekspozisiyası, eləcə də, Saray Kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər bura gələnlər üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir.

Burada təqdim olunan Şirvanşahların məişət tarixinin həcmli animasiyalı modeli muzeyə gələnlərdə xüsusi maraq doğurur.

Muzey ekspozisiyasının hazırlıq mərhələsində Saray Kompleksinə daxil olan yaşayış binasının divarlarının əzəli daş hörgüsü də bərpa edilib, ərazidə abadlıq işləri aparılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG