Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:55

İlham Əliyev: “Heydər Əliyev Mərkəzinin yerində yüz ildən artıq fəaliyyət göstərmiş köhnə zavod yerləşirdi...”


İlham Əliyev ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında iştirak edənlər üçün verilən şam yeməyində çıxış edir. 28 oktyabr 2014

İlham Əliyev ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında iştirak edənlər üçün verilən şam yeməyində çıxış edir. 28 oktyabr 2014

.

“Müasir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzinin yerində yüz ildən artıq fəaliyyət göstərmiş köhnə zavod yerləşirdi. Buradakı ətraf mühit də çirklənmişdi və tam məhv olmaq üzrə idi. Bəzi insanlar hesab edirlər ki, bu binanın memarlıq üslubu Bakının küləyini əks etdirir, çünki Bakı çox küləkli şəhərdir. Bəziləri bu binanı Xəzərin dalğalarına bənzədir. Digərlərinin başqa rəyi vardır. Lakin mən hesab edirəm ki, Mərkəz ölkəmizin müasirləşdirilməsini təcəssüm etdirir. Bu isə inkişafımızın əsas məqsədləridir: müasirləşmək, yaratmaq, inkişaf etmiş ölkə olmaq və müstəqilliyimizi gücləndirmək”.

Bunu prezident İlham Əliyev iyunun 28-də Heydər Əliyev Mərkəzində ATƏT Parlament Assambleyasının 23-cü sessiyasının iştirakçılarının şərəfinə verilən ziyafətdəki çıxışında deyib.

İlham Əliyev sessiya iştirakçılarına deyib ki, “əminəm ki, ölkəmizə səfərinizi uzun illər xatırlayacaqsınız”.

Prezident əlavə edib ki, “ümidvaram ki, Azərbaycanın mədəniyyəti, ənənələri, xalqımızın yaşayış tərzi ilə tanış olmaq, tarixi abidələrimizi ziyarət etmək üçün vaxtınız olacaqdır. Fərəh hissi ilə qeyd edirik ki, Qız qalası, Şirvanşahlar Sarayı və İçərişəhər kimi Bakının rəmzləri UNESCO tərəfindən qorunur və Dünya Mədəni İrsinin hissəsi hesab edilir. Bununla belə, müasir Azərbaycanın da abidələri vardır. Azərbaycanın müasir rəmzləri də mövcuddur. Məsələn, dövlətçiliyimizi təcəssüm etdirən Dövlət Bayrağı Meydanı vardır. O, bir neçə il əvvəl yaradılıb. Ondan öncə orada hərbi donanmanın bazası yerləşirdi.

Müasirliyin rəmzi olan “Alov qüllələri” paytaxtımızın mərkəzində yerləşir. Alov həyat mənbəyidir, Azərbaycan isə Odlar Yurdu hesab edilir. Bakının rəmzi üç alovdan ibarətdir. Bunu siz orta əsr nümunələrində də görə bilərsiniz”.

Xəbəri president.az saytı yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG