Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:14

Sənə şer yazıramsa bu sevmək yox, darıxmaqdı...


Rəssam Nadezhda Udalchovoy "Musiqi alətləri"
Rəssam Nadezhda Udalchovoy "Musiqi alətləri"

Ruzbeh Məmməd

Yeni şeirlər

.

Bir iki- sətir yazıb get poçtla mənə göndər

Ruzbeh Məmməd.
Ruzbeh Məmməd.

bir uşaqlıq yer idi, o uzaqlıq şəhərdə

darıxanda ölməyə, yığışanda getməyə

yer var idi, hardasa daha yoxdu bilirsən?

belə olmaz yaz mənə, görüm indi necəsən

necədi o, qonşunuz, əclaf oğlu hardadı

yenə də evinizə tək gəlib, tək gedirsən?

hamının gözü səndə, ilişib də qalırmı

yenə də allı-güllü donunu geyinirsən?

küçələrdə söz atır bəyəm it uşaqları?!

səf düşürmü telefona, gecənin yuxu vaxtı

bilmədiyin nömrədən zəng gəlirmi de bilim:

mən də sənə yazıram

hər gün iki-üç mesaj…

icazən olurmu heç, çıxırsanmı şəhərə

anan bezici idi, mən səni tanıyanda

yəqin atan qocalıb, anan yemək bişirmir

mətbəxdə vaxtın keçir, ya da paltar yumaqla...

nəbilim ee üzülmə belə olur həyatdı

qoru süd əllərini nigaranam and ola

bir-iki sətir yazıb get poçtla mənə göndər:

həm vaxtın keçsin sənin, həmdə ki, bəs darıxma

Buna da bax: 101 il sevdiyim qadın üçün...

Hələ yoxsan deyə

avqust hüzünləri ...

bəzən darıxırsan özünü tullamağa,

aparıb azdirmağa yer tapmazsan.

susarsan beş alti adamin dilində

səni üzəcək adam istiyərsən təsəlli üçun..

hələ payıza çatmamiş xatirlayarsan

hələ duman, yağış yoxdu

intihar edəcək günü yoxdu görərsən

.

bəzə də darixarsan ,necə deyərlər ölürcəsinə

gəlməyəcəyini bilərəkdən düşünərsən

elə bilərsən gələcək, gətircək əllərini,

gətirəcək yox olmuş bədənini

qucaqlayib öləcəksən ya bu gün, ya sabah

.

elə bilərsən hardasa darıxır kimsə,

hamının içində təksən

elə bilərsən gedən qayıdacaq,

- qayıdıb tərk edəcək bir də vaxtı olanda

.

bəzən darıxarsan bir öpülməmiş qadın əlləri üçün

sabah görüşəcəyin qadınla

vidalaşdığın dayanacaqları xatırlarsan

şəhərin tünd yerlərində gözlərin aldanar bir qadın yerişinə

hər metro stansiyasında biri tərk edər,

ya da sən birini tərk edərsən ...

.

bir də ünvanları səhv salarsan

özünün olmadığın yerdən başlanar üsyan...

Buna da bax: Əsas insana can sağlığıdı, yeri gələndə unutmaq da olar

İki üstü iki addım səndən uzaqda

hələ darıxdığım yerdəyəm, hələ

addım başı itmək təhlükəsi var

bir it uşağı da rastlamır mənə,

bir adam rastlamır azdıra məni

.

gecələr darıxmaqdı, darıxda darıx..

bir küçə yer elə çıxıb getməyə

bir şəhər axtar,

bir ev kirayələ

adamı şər vaxtı unutmaq üçün

.

yox olmuş adamam hər yerim bom-boş

soyuq skamyalar

soyuq adamlar..

bir radio səsi, bir qatar səsi

səndən doğmadı illah uzaqlar...

.

gecə qaranlığında, səhərin yağışında

ya qatar gözləyirsən, ya da günəş çıxmağı

dərdə ilişmiş qatar gəlib keçir,

sonra günəş çıxır

və hər şey günəşlə batır, qatara ilişib gedir..

.

bir şəhər uzaq, bir stansiya yaxında

qucub dizlərini üşüyən oturacaqlar,

səhərə bağlanmış tüstülü kafelər

sıxıntıyla açılar hər necəsə səhərlər...

Buna da bax: Evə pul gətirə bilmədiyimçün bağışla, atam

A-dan, R-ya kimi

indi pəncərə önündə darıxan məişət qadınısan
əllərinin kövrəkliyi varsa,
sinəndə küt kimi ağrı yaşıyırsa
nəyi pisdi?..
sənə hələ də doğmalıq edən var, qızım.
sus mənim də yerimə,
bir az məni də başa düş
xarablıqda iki nəfərlə təkəm...

.

gözləməkdi həyat,
getmişlər qayıdıncaya qədər

.

sənə necə başa salım
hamının darıxdığı yerəm
and ola sənə qəribsəmişəm
uzundu danışması
ikimizin yerinə sus, hamı bizi başa düşsün..

bunca xatırlamışam
bilmək susmaqdı - susmaq bilməkdi
sənə şer yazıramsa bu sevmək yox
darıxmaqdı..

uzaqdan - uzağa pıçıldıyıram yaxşı ki, yoxsan
yaxşı ki, indi yoxsan
yaxşı ki, heç vaxt olmayacaqsan ...

Əsas insana can sağlığıdı, yeri gələndə unutmaq da olar

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG