Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:51

Rusiya prezidenti Vladimir Putin yeni xarici siyasət doktrinasını təsdiqləyib. Sənəddə Birləşmiş Ştatlar və onun müttəfiqlərinin Rusiyanı sıxışdırmağa çalışdığı, bununla da qlobal stabilliyi sarsıtdığı deyilir. Putin bildirir ki, Vaşinqtonun hərəkətlərinə sərt cavab vermək Moskvanın haqqıdır.

Yeni doktrina Rusiyanın Qərblə münasibətlərinin kəskinləşməsini əks etdirən çıxışların təkrarı təsirini bağışlayır. Sənəddə bundan əvvəlki doktrina, eləcə də 2015-ci ildə çap olunmuş milli təhlükəsizlik strategiyasındakı ifadələrdən çox istifadə olunub. Yeni konsepsiyanın əsas fərqi ABŞ və AB-nin Moskvaya təzyiqlərindən bəhs etməsidir. Ukraynaya müdaxilədən sonra Qərbin Rusiyaya sanksiyalar qoyması Moskvanın xarici siyasət konsepsiyasına xüsusi təsir edib. Doktrinada bu cür təzyiqlərin nəticəsində yaranan təhlükənin Rusiyanın sərhədlərini keçdiyi, həm regional, həm də qlobal stabilliyə zərbə vurduğu deyilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG