Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:47

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub.

Məlumata görə, Ermənistanın İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Voskepar, Şavarşavan kəndlərindəki mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əskipara və Fərəhli kəndlərindəki mövqelər vurulub.

Bundan əlavə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdəki mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində yerləşən mövqelər də hədəf seçilib.

Məlumatda deyilir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Kəngərli, Şuraabad, Sarıcalı, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub.

Bu il aprelin 2-5-də Qarabağ cəbhəsində hərbi əməliyyatlar baş verib. ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərliyinin bu il mayın 16-da Vyanada keçirilən görüşündən sonra hərbi əməliyyatlar dayandırılıb.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs gerçəkləşənə qədər Dağlıq Qarabağ bölgəsi və bura bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG