Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

İnsan Hüquqları Evləri Şəbəkəsinin (Human Rights Houses Network) Belqrad şəhərində keçirilən Assambleya toplantısında Azərbaycanda həbsdən azadlığa buraxılan hüquq müdafiəçilərinə dəstək ifadə olunub.

Toplantının press-relizində bildirilir ki, assambleya iştirakçıları Azərbaycanda vətəndaş cəmiyyətinin durumunu da müzakirə ediblər. Müzakirələrin sonunda qərara alınıb ki, Azərbaycanda hüquq müdafiə fəaliyyətinə bütün məhdudiyyətlərin aradan qaldırılması üzrə səylər davam etdirilsin.

Buna da bax:​ BMT Azərbaycandakı insan haqlarının durumundan narahatdır

Keçmiş məhbus, hüquq müdafiəçisi İntiqam Əliyev internet üzərindən assambleyaya video müraciət edib. O, həmkarlarına Azərbaycanda siyasi məhbus sayılan şəxslərin azad edilməsinə verdikləri töhfəyə görə təşəkkür edib.

“Tezliklə mühüm hüquqların müdafiəsi missiyamızı yerinə yetirmək üçün aranıza qayıdacağımızdan əminik", deyə o bildirib.

İntiqam Məmmədovun şərti həbsliyi davam etdiyindən onun ölkədən çıxışına yasaq qoyulub.

Buna da bax:​ İntiqam Əliyevin ölkədən çıxmasına icazə verilmədi

Hüquq müdafiəçilərinin toplantısında Şərqi və Qərbi Avropa ölkələrindən, habelə Qafqaz ölkələrindən olan nümayəndələr iştirak ediblər. Toplaşmaq azadlığı, birləşmək, ifadə azadlığı kimi universal dəyərlərin təşviqi, habelə hüquq müdafiə fəaliyyətinin gücləndirilməsi strategiyası əsas müzakirə mövzusu olub.

Assambleya toplantısı iki ildə bir dəfə keçirilir. Qurum 13 ölkədə 16 İnsan Hüquqları Evinə daxil olan 100-dən çox müstəqil təşkilatda işləyən hüquq müdafiəçilərini birləşdirir.

Hazırkı forumda əsas diqqət ən çox Şərqi Avropa ölkələrində liberal demokratiyanın zəifləməsi, avtokratiya və populizmin güclənməsi təmayülləri ilə mübarizə probleminə yetirilib.

Buna da bax: Forst hüquq müdafiəçiləri ilə görüşdü

Forum noyabrın 22-də başlayıb. Noyabrın 23-ü və 24-də öz işini davam etdirib.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunmuşdu. Hüquq müdafiəçisi 2015-ci ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxlamışdı.

Amma 2016-cı ilin martında baş prokuror Zakir Qaralov əlavə kassasiya qaydasında protest vermiş və onun əsasında Ali Məhkəmənin Plenumu işə yenidən baxaraq, martın 28-də İ.Əliyevin 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılmasına qərar vermişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG