Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:12

Forst hüquq müdafiəçiləri ilə görüşdü


BMT İnsan Hüquqları Şurasının məsul xüsusi məruzəçisi Michel Forst
BMT İnsan Hüquqları Şurasının məsul xüsusi məruzəçisi Michel Forst

Qiymətləndirmə missiyası ilə Bakıya gələn BMT İnsan Hüquqları Şurasının məsul xüsusi məruzəçisi Michel Forst sentyabrın 16-da vətəndaş sektorunun nümayəndələri ilə görüş keçirib.

«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, xüsusi məruzəçi insan hüquqlarının və vətəndaş azadlıqlarının müdafiəsi sahəsində vəziyyət haqqında qiymətləndirmə və tövsiyələri dinləyib.

Buna da bax:​ BMT məruzəçisi Bakıda

Görüşdə hüquq müdafiəçiləri Bəşir Süleymanlı, Akif Qurbanov, Günay İsmayılova, Oqtay Gülalıyev, Samir Kazımlı, habelə «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev iştirak edib.

Görüşün detalları açıqlanmır.

Görüşdə hüquq müdafiəçiləri Bəşir Süleymanlı, Akif Qurbanov, Günay İsmayılova, Oqtay Gülalıyev, Samir Kazımlı, habelə «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev iştirak edib.

Michel Forst səfəri sentyabrın 14-də başlayıb və sentyabrın 22-də mətbuat konfransı ilə yekunlaşacaq.

Müstəqil ekspert, BMT-nin İnsan Hüquqları Şurasının məsul nümayəndəsi Azərbaycanda vətəndaş cəmiyyətinin qarşılaşdığı problemlər haqqında ilkin mənbədən məlumat toplayacaq. Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutur.

Buna da bax:​ BMT məruzəçisi ilə görüşdə kim nədən danışacaq

Səfər zamanı xüsusi məruzəçi habelə, rəsmi şəxslər, məhkəmə işçiləri və diplomatlarla görüşməlidir.

Michel Forst səfərin yekunlarına dair məruzəni 2017-ci ilin martında İnsan Hüquqları Şurasında təqdim edəcək.

XS
SM
MD
LG