Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:25

BMT Azərbaycandakı insan haqlarının durumundan narahatdır


Cenevrə - BMT İnsan Haqları Komitəsi
Cenevrə - BMT İnsan Haqları Komitəsi

BMT İnsan Hüquqları Komitəsi Azərbaycanda mülki və siyasi hüquqların vəziyyət haqda yekun hesabatını açıqlayıb. Bu məsələnin müzakirəsi oktyabrın 20-21-də Cenevrədə Azərbaycandan olan nümayəndələrin iştirakı ilə keçirilmişdi.

Konstitusiyaya dəyişikliklər hüquqları məhdudlaşdırır

Komitə sentyabrın 26-dakeçirilmiş referendumdan, Konstitusiyaya dəyişikliklərin “parlamentin iştirakı və açıq müzakirələr olmadan” həyata keçirilməsi ilə bağlı narahatlığını bildirib.

“Qəbul edilən dəyişikliklər vətəndaşların hüquqlarını məhdudlaşdıra və məhkəmə hakimiyyətinin müstəqilliyini təhlükə altına ala bilir, prezidentin səlahiyyətlərini artırır, onun siyasi məsuliyyətini azaldır, parlamentin hüququnu məhdudlaşdırır”, sənəddə deyilir.

Komitə seksual azlıqlara, əlillərə və imkanları məhdud insanlara qarşı diskriminasiya faktlarından narahatdır. Qurum gender hüquqlarının pozulması, erkən nikahlar, dini və müvəqqəti nikahlar (kəbin və siğə), qadınlara qarşı zorakılıq faktlarının mövcudluğunu vurğulayır.

Bakı 12 mart - 12 Mart 2011
Bakı 12 mart - 12 Mart 2011

Polisdə, cəzaçəkmə yerlərində zorakılıq, işgəncə, korrupsiya

“Komitə işgəncə və amansız davranış, o cümlədən jurnalistlərə, hüquq müdafiəçiləri və gənc fəallara qarşı işgəncə və amansız davranış haqda məlumatlardan narahatdır. Bu, bəzi hallarda onların ölümü ilə nəticələnir. Cəzaçəkmə yerlərində zorakılıq və işgəncə faktları, penitensiar xidmətdə və polis təcridxanalarında korrupsiya faktları var. Məhbuslar vəkillərlə görüşmək imkanlarından məhrumdur”.

İcra hakimiyyətindən asılı məhkəmələr

Komitə məhkəmə sisteminin icra hakimiyyəti və prokurorluq orqanlarından asılılığından da narahatlığını ifadə edib.

“Məhkəmə-Hüquq Şurası İcra Hakimiyyətinin təsiri altındadır, məhkəmə sistemi korrupsiyaya uğrayıb. Hakimiyyətin siyasətini və dövlət məmurlarını tənqid edən hüquqşünaslara qarşı siyasi motivli ittihamlar və fiziki hücumlar barədə məlumatlar var. Hüquq müdafiəçilərini, fəalları və jurnalistləri müdafiə edən vəkillərə təzyiqlər davam edir. Hakimiyyət bu halları aradan qaldırmalı və onların təkrarlanmasına yol verməməlidir”, hesabatda vurğulanır.

Ölkədən çıxışa qadağalar

Komitə bəzi jurnalistlərin, müxalifətçi siyasətçilərin, hüquq müdafiəçilərinin və insan hüquqları üzrə vəkillərin ölkədən çıxışına qoyulan qadağa faktlarını pisləyir və onların dərhal aradan qaldırılmasına çağırır.

Sənəddə qeyd edilir ki, dini etiqad azadlığı məsələsində dindarların hüquqları məhdudlaşdırılır, müsəlman icmalarının Qafqaz Müsəlmanları İdarəsi-ndən icazə alması vacibdir, dini ədəbiyyata senzura var. “Yeqovo şahidləri” kimi qeyri-ənənəvi dini icmaların üzvləri təqib olunur, fəaliyyətləri məhdudlaşdırılır.

Komitə əvvəlkitək ifadə azadlığının məhdudlaşdırılmasından, hüquq müdafiəçilərinin, gənc fəalların, siyasi opponentlərin, müstəqil jurnalistlərin və blogerlərin qorxudulmasından, siyasi motivli və narkotik maddə, xuliqanlıq kimi uydurma itthamlarla həbsindən narahatdır.

Azadlıq Radiosu, Meydan TV haqda

Sənəddə vurğulanır ki, “Azadlıq” radiosu-nun yayımı üçün lisenziyanın ləğvi, həmçinin “Meydan” TV-nin jurnalistlərinə qarşı siyasi motivli cinayət işləri, müstəqil “Azadlıq” qəzetinə maliyyə təzyiqlərinə dair faktlar xüsusi narahatlıq doğurur.

“Azərbaycan öz qanunlarına və vətəndaşların toplaşma azadlığından istifadə hüququnun təminatı təcrübəsinə yenidən baxmalı, bütün zorakılıq, hüquq-mühafizə orqanlarının güc tətbiq etməsi hallarını, özbaşına həbsləri və dinc nümayişçilərin saxlanması hallarını cəld və effektiv araşdırmalı, günahkarları məsuliyyətə cəlb etməlidir”, Komitə bildirir.

Prezident İlham Əliyev, Naxçıvan - oktyabr 2010
Prezident İlham Əliyev, Naxçıvan - oktyabr 2010

Naxçıvan...

Qurum toplaşma və birləşmə azadlığına qanunverici məhdudiyyətlərin tətbiqi, müstəqil QHT-lərin qeydiyyatından imtina, onların fəaliyyətinə və xarici maliyyələşdirməyə qadağanın qoyulması, həmin müddəaların pozulmasına görə sərt cəzaları qeyd edir.

Naxçıvanda yaşayan şəxslərin mütləq hakim partiyaya üzv olması ilə bağlı tələblər barədə məlumatlar da hesabatda ifadəsini tapıb.

Komitə 2020-ci il noyabrın 4-dək növbəti dövri hesabatı təqdim etməyi və hazırki hesabatda əksini tapan tövsiyələrin yerinə yetirilməsinə dair informasiyanı sənədə daxil etməyi Azərbaycandan xahiş edib.

Hesabat 18 beynəlxalq müstəqil ekspertin iştirakı ilə tərtib edilib. Onlar mülki və siyasi hüquqlar haqda Beynəlxalq paktın tətbiqinin monitorinqini keçirirlər.

Bu çoxsəhifəli sənəd BMT insan hüquqları üzrə ali komissarın ofisi tərəfindən açıqlanıb, ölkədə real vəziyyət və qanunvericiliyin vəziyyətinin qiymətləndirilməsini əhatə edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG