Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:23

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 14-də su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sənəddə qeyd edilir ki, ölkənin su, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində su anbarları mühüm rol oynayır.

Dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarları uzun müddət istismar olunur. Bundan irəli gələrək, bu hidroqovşaqlarda mövcud problemlərin öyrənilməsi və qiymətləndirilməsi, baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması zərurəti yaranıb.

Sərəncamın su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə imzalandığı bildirilir.

10 üzvdən ibarət komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.

Ötən həftə prezident yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrupun yaradılması ilə bağlı da sərəncam vermişdi. Həmin qrupa da R.Mehdiyev rəhbər təyin edilmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG