Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı sanksiyalar məsələsinin variantlardan biri olduğunu deyib. O bildirib ki, Suriyada vəziyyət dəhşətlidir, ona görə də heç bir variant, o cümlədən sanksiyalar məsələsi gündəmdən çıxarıla bilməz.

Avropa ölkələri Rusiyanı Suriyada keçirdiyi əməliyyatlara görə pisləyir.

Bu gün, oktyabrın 19-da Berlində Ukraynayla bağlı toplantı olacaq. Angela Merkel toplantı çərçivəsində Rusiya prezidenti Vladimir Putin-lə görüşüb Suriya məsələsini də müzakirə edəcəklərini deyib. Görüşdə Fransa prezidenti Francois Hollande da iştirak edəcək. Fransa və Almaniya liderləri Suriyaya görə Rusiyanın ən kəskin tənqidçilərindəndir.

Amma Merkel Berlin görüşündən möcüzə gözləməməyi tövsiyə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG