Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Hillay Clinton Donald Trump-ı 8 faiz qabaqlayır


 Hillary Clinton və Donald Trump

Hillary Clinton və Donald Trump

Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Hillary Clinton respublikaçı rəqibi Donald Trumpu 8 faiz qabaqlayır.

Bunu Reuters və İpson şirkətinin keçirdiyi rəy sorğusu göstərir.

Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 53 faizi hesab edir ki, oktyabrın 10-da keçirilən ikinci teledebatda Hillary Clinton qalib gəlib.

32 faiz isə Trumpa üstünlük verib.

Respondentlərə Donald Trumpun qadınların ünvanına təhqiramiz sözlər deməsi barədə də sual verilib.

Onların 60 faizindən çoxu hesab edir ki, bu cür vulqar söhbətləri kişilərin çoxu edir, 46 faizi isə hesab edir ki, insanı şəxsi söz-söhbətlərə görə mühakimə eləmək düzgün deyil.

Həmçinin 42 faiz hesab edir ki, bu cür bəyanatlar Trumpun prezidentliyə yaramadığını göstərir, 43 faiz isə bununla razılaşmayıb.

Hillary Clinton qadınların arasında Hdaha böyükfərqlə liderlik edir.

Qadınların 44 faizi Hillary Clintonun , 29 faizi isə Donald Trumpun tərəfini saxlayıb.

Rəy sorğusunda 2386 nəfər iştirak edib ki, onların 1605-i səs verəcəklərini deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG